Sizin reklam burada

Tura Şüvəlanda start veriləcək

Baxış Sayı:714

Tura Şüvəlanda start veriləcək
Həftəsonu premyer-liqada və əvəzedici komandaların yarışında olduğu kimi, birinci divizionda da növbəti tur çərçivəsində oyun olacaq. Fərq ondadı ki, “birincilər”in əksəriyyəti gələn həftənin ilk günü meydana çıxacaqlar. 12-ci turun açılış oyunu Şüvəlanda baş tutacaq. 7-8-ci yerlərdə qərarlaşan “Xəzər”lə “Ağsu” münasibətlərinə aydınlıq gətirəcək. Üç xal xüsusilə “Ağsu”nu xeyli irəli salacaq. Belə ki, bölgə təmsilçisi səfər qələbəsi sayəsində 2-3 pillə irəliləyə biləcək. “Xəzər” isə qələbə qazanmaqla məhz “Ağsu”nu geridə qoymaqla yanaşı, iddialılarla xal fərqini nəzərəçarpan dərəcədə azaldacaq. Bir sözlə, qələbə hər iki komandaya hava-su kimi lazımdı.
Birinci divizion
2-ci dövrə, 12-ci tur
3 dekabr
Xəzər – Ağsu
Şüvəlan. AZAL Arena. Saat 14.00
1. Qaradağ Lökbatan 11 9 2 0 21-7 29
2. MOİK 11 6 2 3 19-11 20
3. Binə 11 5 3 3 18-8 18
4. Turan Tovuz 11 5 2 4 14-14 17
5. Mil-Muğan 11 5 1 5 18-22 16
6. Şüvəlan 11 5 1 5 10-10 16
7. Ağsu 11 4 2 5 13-19 14
8. Xəzər 11 3 3 5 9-8 12
9. Sabah 11 3 2 6 12-19 11
10. Zaqatala 11 1 0 10 7-23 3
Bombardirlər: Elnur Səmədov (Turan Tovuz) - 8, Bəhruz Teymurov (MOİK), Sabir Allahquliyev (Qaradağ Lökbatan) - 6.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR