Sizin reklam burada

Sonun başlanğıcı əzəli rəqiblərin ifasında

Title
Sonun başlanğıcı əzəli rəqiblərin ifasında
Mövsüm 14-cü turdan sonra yarılanır. Düzdü, hələ komandalar qış fasiləsinə iki həftə sonra yollana biləcək. Belə ki, dekabrın ilk yarısında kubokun 1/4 final mərhələsinin oyunları olacaq. Premyer-liqada isə 2017-ci ilə yekun vurulur. İkinci dövrənin sonuncu turu üç günə sığacaq. Bu gün və sabah bir, bazar günü isə iki oyun olacaq.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Topaz premyer-liqası
2-ci dövrə, 14-cü tur
1 dekabr
53. Qarabağ – Neftçi
Hakimlər: FARİZ YUSİFOV, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 32: +13=11-8, 37-31.
1992 - 2:1; 1993/94 - 1:0; 1994/95 - 0:0; 1995/96 - 1:1; 1996/97 - 1:2; 1997/98 - 1:0; 1998/99 - 1:0, 1:0; 1999/2000 - 1:1; 2000/01 - 0:4; 2003/04 - 1:3; 2004/05 - 2:1; 2005/06 - 2:2; 2006/07 - 0:2; 2007/08 - 0:0; 2008/09 - 1:1; 2009/10 - 1:0, 2:0; 2010/11 - 0:1, 3:0; 2011/12 - 1:2, 0:0; 2012/13 - 1:0, 1:2; 2013/14 - 3:1, 1:1; 2014/15 - 0:0, 3:2; 2015/16 - 1:1, 1:2; 2016/17 – 3:0, 1:1.
Cəzalı: İbrahim Şehiç (Qarabağ).
“Futbol+”in proqnozu: 40-35-25
Suraxanı. Azərsun Arena. Saat 18.30
Tura “Qarabağ”la “Neftçi” start verəcək. Əslində bütün qarşılaşmalar həftəsonu baş tutmalı idi. Ancaq bugünlərdə PFL-ə müraciət ünvanlayan “Qarabağ” “Roma” ilə ÇL matçına daha yaxşı hazırlaşmaq üçün qarşılaşmanın bir gün əvvələ çəkilməsini xahiş edərək istəyinə nail oldu. Hətta əzəli derbinin təxirə salınması variantı da var idi, ancaq sonda Qurban Qurbanov bir gün əvvəl meydana çıxmaqla kifayətləndi.
Sözsüz ki, bazar günü Romaya səfər edəcək "Qarabağ" "Neftçi" ilə matçda ehtiyatlı olmağa çalışacaq. Onsuz da itkilərin çox olduğunu nəzərə alsaq, Qurban Qurbanov zədə riskindən ehtiyatlanacaq. Odu ki, kubokda olduğu kimi, əsasən ehtiyat qüvvəyə şans veriləcəyini proqnozlaşdırmaq mümkündü. Qurban Qurbanov "çərçivə" ilə bağlı seçimini yenə Anton Kanibolotski ilə Şahruddin Məhəmmədəliyev arasında edəcək. Belə ki, İbrahim Şehiç yenə cəza səbəbindən qarşılaşmanı tribunadan seyr edəcək.
"Neftçi"yə gəlincə, Tərlan Əhmədovun komandası liderin “bir ayağının İtaliyada olmasından” yararlanmağa çalışacaq. Komandada itkinin oımaması məşqçilər korpusunu sevindirməyə bilməz. "Ağ-qaralar" heç-heçə ilə də turnir cədvəlində irəliləyə biləcək.
Onu da xatırladaq ki, bu günə qədər keçirilən bütün çempionatın iştirakçısı olan klublar
70-ci dəfə üz-üzə gələcək. Bu oyunların 26-da “Qarabağ”, 18-də isə “Neftçi” qalib gəlib. Daha 25 görüşdə tərəflər “sülh”ə razılaşıb. Top fərqində də ağdamlılar üstündü – 75:63. Son 7 matçda “Neftçi” qələbəyə həsrət qalıb. Bu görüşlərin hamısında “Qarabağ” ən azı bir qol vurub. Bakılılar əzəli rəqib üzərində son qələbəni 2015-ci il noyabrın 29-da qazanıb – 1:0.
1. Qarabağ 12 10 1 1 22-6 31
2. Qəbələ 13 9 1 3 25-14 28
3. Zirə 13 8 3 2 22-11 27
4. Sumqayıt 13 5 2 6 14-17 17
5. Neftçi 13 5 1 7 17-15 16
6. Səbail 12 4 1 7 9-18 13
7. Keşlə 13 2 2 9 9-21 8
8. Kəpəz 13 2 1 10 10-26 7
Bombardirlər: Baqali Dabo (Qəbələ) – 8, Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə) – 6, Amil Yunanov (Sumqayıt) – 5.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.