Svanadze gözləməyi məsləhət gördü
“Həqiqətən də kimsə oyun alıb-satıbsa, onlara ayıb olsun”
Dünən səhəri şok xəbərlə açdıq. Hələ gecə saatlarında “Keşlə”nin iki futbolçusunun – Nizami Hacıyevlə Mirhüseyn Seyidovun müvafiq orqanlar tərəfindən saxlanılaraq, “dəmir barmaqlıqlar” arxasına göndərildiyi yazılmışdı. Əslində hardasa gözlənilirdi.
“Neftçi” – “Keşlə” matçından sonra qonaqların baş məşqçisi Ramiz Məmmədovun dilə gətirdiyi “səbəbləri desəm, partlayış olacaq” sözləri boşuna deyildi. Mütləq ki, həmin partlayışın “qoxusu çıxacaqdı”. Sadəcə, Məmmədov təmkinli davranıb həmin an dərinə getmək fikrindən daşındı. Bu da başadüşülən idi. Baş məşqçi klub rəhbərliyi ilə görüşməli, əlindəki əsasları ortaya qoymalıydı. Klubun Müşahidə Şurasının rəhbəri Zaur Axundov da “az aşın duzu deyil”. O da öz növbəsində hərəkətə keçəcəkdi. Məsələnin bu dərəcədə şişməsində, iki futbolçunun məsuliyyətə cəlb olunmasında Zaur bəyin əlinin olması istisna olunmur. Mütləq ki, hüquq-mühafizə orqanlarına siqnal yuxarı dairələrdən ötürülüb. Rəhbərlik əlindəki faktları ortaya qoyaraq, məsələnin araşdırılmasını istəyib. Bundan sonra necə olacağını, yəni Nizamiylə Mirhüseynin oyun alğı-satqısında iştirak edib-etmədiyini müvafiq orqanlar araşdıracaq. Hər halda, ortada dəlil-fakt yoxdu.
Oyun alğı-satqısı deyəndə, yada Zaur Svanadze düşür. O mənada yox ki, gürcü mütəxəssisin adı bu kimi hallarla yanaşı çəkilirdi. Əksinə, ən çətin vaxtlarda komandanın “sükanı arxasında” idi, üç-beş manata işləməyə razılıq vermişdi. Sadəcə, “Keşlə”dəki debüt matçından sonra rəhbərlik komandada qalmasını məqsədəuyğun saymamışdı. Ardıcıl məğlubiyyətlərə görə ona “get” deyənlərin qarşısında söz demədi. Çantasını yığıb Tiflisə yollandı. Maraqlıdı, Hacıyevlə Seyidovun saxlanılmasına Svanadzenin münasibəti necədi? Bu xəbəri eşidəndə hansı hisslər keçirib? Əlaqə saxladıq və məlum oldu ki, Zaur Aleksandroviçin heç nədən xəbəri yoxdu: “Səhər saatlarıdı, açığı, saytlarda yazılanları oxumağa vaxtım olmayıb. Düzü, dediyinizə nə təəccübləndim, nə də sakit qarşılayıram. Desəydiz ki, ortada fakt var, nəsə demək olardı. Amma indiki məqamda, dediyiniz kimi, onlar, sadəcə, saxlanılıb. Mənim nəsə deməyim düzgün olmaz. Ortada fakt olmalıdı. Sabah hansısa şübhəli işə görə sizi də, məni də saxlaya bilərlər. Bu o demək deyil ki, biz günahkarıq. Mənim vaxtımda uşaqlar meydanda can qoyub, hər cür çətinliklərə rəğmən, bacardıqlarının ən yaxşısını etməyə çalışıblar. Həmişə deyirdim ki, kasad heyətlə uzağa gedə bilməyəcəyik. Uduzmağımız da bununla bağlıydı. Bu gün “Keşlə”də deyiləm, komandanın içində yoxam. Ona görə də son oyunlarda nələrin baş verdiyini bilmirəm. Həqiqətən də kimsə oyun alıb-satıbsa, onlara ayıb olsun! Amma yenə deyirəm, ortada fakt olmadan kimisə günahlandırmaq, haqqında sərt danışmaq düzgün deyil. Gözləyək, görək ortaya hansı faktlar qoyulacaq”.
HƏBİB

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər