Sizin reklam burada

Yunis Hüseynovun final arzusu

Title
Yunis Hüseynovun final arzusu
Ölkə kubokunun 1/8 finalında “Binə”ni 3:0 hesabı ilə məğlub edən “Kəpəz”in baş məşqçisi Yunis Heseynov klubun saytına iddialı açıqlama verib. Təcrübəli mütəxəssis finala qədər irəliləmək istədiklərini bildirib: “Qələbə qazanmaq üçün istəkliydik. Avropa Liqasına vəsiqə qazanmağın ən yaxın yolu kubokdu. Futbolçularla danışmışıq, kubokda bacardıqca irəli getmək istəyirik. Desək ki, çempionat oyunlarında hamını məğlub edib, ikinci və ya üçüncü yeri tutacağıq, bu, yalan olar. Amma kubokda şansımızı dəyərləndirmək fikrindəyik. Finala kimi getmək arzusundayıq. Təbii ki, bunun necə olacağını zaman göstərəcək. “Binə”yə qarşı oyunun ilk hissəsi xoşuma gəlmədi. Komanda zəif çıxış etdi. Səhvlərimiz çoxdu, bunun üzərində işləməli və əziyyət çəkməliyik. Rəqibdən xoşum gəldi, yaxşı komanda qurublar. Onlara uğurlar arzulayıram”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.