Sizin reklam burada

“Binə” “Mil-Muğan”ı yed(d)i

Baxış Sayı:5 284

“Binə” “Mil-Muğan”ı yed(d)i
Birinci divizionda 11-ci tura şənbə günü yekun vurulub. Turun ikinci oyun günündə 4 matç baş tutub ki, hamısında meydan sahibləri qələbəni bayram edib. Günü məhsuldar saymaq olar, hərçənd iki görüşün taleyini 1 qol həll edib. “Turan Tovuz” “Xəzər”i birinci hissədə, “Ağsu” isə “Şüvəlan”ı ikinci hissədə vurduğu yeganə qol sayəsində üstələyib. Əvəzində “Binə” – “Mil-Muğan” və MOİK – “Zaqatala” oyunlarında “qol yağıb”. Xüsusilə də Binədəki qarşılaşmanın nəticəsi sensasiya kimi dəyərləndirilməlidi. Son 3 turda “Şüvəlan”, “Sabah” və “Xəzər” kimi iddialı rəqiblərini yenərək qələbələri sıralayan, bu oyunlarda 8 qol vurub qapısını toxunulmaz saxlayan, 3-cü pilləyə qədər irəliləyən “Mil-Muğan” debütantla görüşdə darmadağına məruz qalıb. Samir Babayev “Binə”nin 7 qolundan ikisinin əvəzini çıxsa da, bu heç nəyi dəyişməyib. Beləliklə, Mehman Babayevin komandası üçüncülüyü ələ keçirib. MOİK isə az qala autsayder “Zaqatala” ilə görüşdə xal itirəcəkdi. İlk yarıda 2 topluq üstünlük əldə edən “hərbçilər” ikinci hissədə üstünlüyünü əldən versə də, Bahadur Həziyevin sona 6 dəqiqə qalmış vurduğu qol Aqil Məmmədovun komandasına 3 xal qazandırıb. Beləliklə, MOİK liderlə 9 xallıq fərqin daha da böyüməsinə imkan verməyib.
Birinci divizion
2-ci dövrə, 11-ci tur
25 noyabr
Binə – Mil-Muğan 7:2
Timur Dadaşov, 10-p. Cəmil Rəhimli, 38; 90+3. Bəxtiyar Soltanov, 42. Vüsal Nağıyev, 58. Elmir Məmmədov, 63-p. Renat Aşurov, 81 - Samir Babayev, 48-p.; 68.
MOİK – Zaqatala 3:2
Orxan Həsənov, 25. İsmayıl İbrahimli, 30. Bahadur Həziyev, 84 - Asim Babazadə, 63. Rəhman Şabanov, 70.
Ağsu – Şüvəlan 1:0
Əlimərdan Əlimərdanlı, 55.
Turan Tovuz – Xəzər 1:0
Tuqay Alhüseynli, 29.
Qeyd edək ki, turun açılış oyunu noyabrın 24-də baş tutub: Sabah – Qaradağ Lökbatan 0:2 (Əliqulu Manafov, 6. Coşqun Süleymanov, 63).
1. Qaradağ Lökbatan 11 9 2 0 21-7 29
2. MOİK 11 6 2 3 19-11 20
3. Binə 11 5 3 3 18-8 18
4. Turan Tovuz 11 5 2 4 14-14 17
5. Mil-Muğan 11 5 1 5 18-22 16
6. Şüvəlan 11 5 1 5 10-10 16
7. Ağsu 11 4 2 5 13-19 14
8. Xəzər 11 3 3 5 9-8 12
9. Sabah 11 3 2 6 12-19 11
10. Zaqatala 11 1 0 10 7-23 3
Bombardirlər: Elnur Səmədov (Turan Tovuz) – 8, Bəhruz Teymurov (MOİK), Sabir Allahquliyev (Qaradağ Lökbatan) – 6.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR