Tale Heydərov “Qəbələ”nin nəticələrini normal sayır
“Ödəmələrdə gecikmələr baş verə bilər, ancaq ciddi problem yoxdu”
“Kəpəz”lə oyunu “Qəbələ”nin prezidenti Tale Heydərov da canlı izləyirdi. Komanda isə onu böyükhesablı qələbə ilə sevindirdi. Oyundan sonra Heydərov qısa da olsa, jurnalistlərin suallarını cavabladı.
- Matçdan əvvəl belə asan qələbə gözləyirdiz?
- Gözləmirdik. İlk oyunda Qəbələdə 0:2 hesabı ilə uduzmuşduq. Baxmayaraq ki, “Kəpəz” sonuncu yerdədi, ancaq bu oyuna ciddi yanaşırdıq. Hesabın belə olacağını gözləmirdik. Komanda yaxşı oynadı və nəticə qazandı.
- Geridə qalan 13 turdan sonra “Qəbələ” liderlər qrupundadı. Komandanın iki dövrə ərzindəki çıxışını necə qiymətləndirmək olar?
- Ümumilikdə komanda yaxşı çıxış edir. Sadəcə, bəzi oyunlar var idi ki, xal itirməməliydik. Nəyəsə görə “Qəbələ” zəif komandalarla oyunlarda gözlənilmədən məğlub olur, xal itirir. Ancaq ümumilikdə komandanın nəticələri normaldı.
- Sizcə, “Qəbələ” bu il “Qarabağ”ın hegemonluğuna son qoyacaq?
- Bunun üçün çalışacağıq. “Qarabağ” da çox güclüdü. Çempionlar Liqasının qrupunda da çox gözəl çıxış edir. Buna görə bizim üçün asan olmayacaq. Lakin çempion olmaq üçün əlimizdən gələni edəcəyik.
- “Qəbələ”nin maliyyə vəziyyəti haqda neqativ informasiyalar dolaşır. İstərdik ki, bu məsələdə son nöqtəni qoyasız...
- “Qəbələ”də heç bir maliyyə problemi yoxdu. Müəyyən vaxtlarda ola bilər ki, hansısa ödəmələrdə gecikmələr baş verir. Ancaq ciddi heç bir problem yoxdu. Bütün oyunçular razıdı. Hər şey qaydasındadı.
- Qış “transfer pəncərəsi” ilə bağlı planlar bəllidi? Heyəti gücləndirmək yönündə addımlar atılacaq?
- Baş məşqçi yeni futbolçular istəsə, onları almağa hazırıq. Təbii ki, büdcəyə uyğun. Bu da məşqçinin öz qərarıdı və biz onu dəstəkləyəcəyik.
FARİZ

Son xəbərlər

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Karateçimiz Dünya Oyunlarında iştirak edəcək

"Qarabağ"la oyun öncəsi son məşq - FOTOLAR

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Bütün xəbərlər