Sizin reklam burada

"Qəbələ" 3 xalı 3 qolla qazandı

Title
"Qəbələ" 3 xalı 3 qolla qazandı
Premyer-liqa klublarının əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 13-cü tur start götürüb. Dünən iki oyun baş tutub ki, “Kəpəz” “Qəbələ”ni, “Neftçi” isə “Keşlə”ni sınağa çəkib. Lider Yevlaxda gəncəlilərə böyük hesabla qalib gəlib. Elmar Baxşıyevin komandası 3 xalı 3 cavabsız qolla əldə edib. "Neftçi" ilə "Keşlə"nin duelində isə qalib müəyyənləşməyib. Qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib.
Əvəzedici komandalar
2-ci dövrə, 13-cü tur
26 noyabr
Kəpəz – Qəbələ 0:3
Rövlan Muradov, 68. Ülvi İbazadə, 72. Amin Seydiyev, 84.
Neftçi – Keşlə 0:0
Tura bu gün yekun vurulacaq:
27 noyabr
Sumqayıt – Səbail
Hakimlər: SƏRXAN İSMAYILOV, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Samir Hüseynov.
Hakim-inspektor: İrina İsgəndərova.
Sumqayıt. Kapital Bank Arena. Saat 15.00
Zirə – Qarabağ
Hakimlər: QORXMAZ ELDAROV, Rahin Heybətov, Rəşadət Cəfərov, Hacıəli Ağayev.
Hakim-inspektor: Əvəz Şıxıyev.
Zirə. İdman Kompleksinin stadionu. Saat 15.00
1. Qəbələ 13 11 1 1 47-8 34
2. Zirə 12 6 3 3 18-17 21
3. Səbail 12 6 3 3 20-16 21
4. Keşlə 13 4 7 2 20-17 19
5. Neftçi 13 4 3 6 10-17 15
6. Qarabağ 12 3 2 7 11-20 11
7. Sumqayıt 12 2 3 7 12-29 9
8. Kəpəz 13 1 4 8 8-22 7
Bombardir: Ülvi İsgəndərov (Qəbələ) - 13.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.