Region Liqası dekabrın 9-10-da start götürəcək
Naxçıvan təmsilçisi yarışa pley-offdan qoşulacaq
AFFA-nın yeni layihəsi olan Region Liqası ilə bağlı qeyri-müəyyənlik davam edir. Xatırladaq ki, baş katib Elxan Məmmədovun təşəbbüsü ilə yaradılan liqada 3 zona üzrə 24 komandanın çıxış edəcəyi planlaşdırılsa da, bəzi iştirakçılar maddi problemlər səbəbindən turnirə qatıla bilməyəcəklərini demişdilər. Region Liqasının təşkilati işləri ilə məşğul olan Cahangir Həsənzadə ötən saylarımızın birinə açıqlmasında dekabra kimi iştirakçıların sayında artım olmayacağı halda turnirin baş tutmamaq ehtimalının olduğunu bildirmişdi. Ancaq işçi qrupun digər üzvü, İcraiyyə Komitəsində təmsil olunan Vaqif Sadıqov Həsənzadənin dedikləri ilə razılaşamamış, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovla birgə bölgələrə səfər etmək niyyətində olduqlarını söyləmişdi.
Vaqif bəylə söhbətin üstündən artıq iki həftəyə yaxın vaxt keçib. Görəsən, AFFA rəsmiləri bu müddətdə hansı rayonlara səfər ediblər, kimlərlə görüşüblər? Ümumiyyətlə, Region Liqası ilə bağlı hansı yeniliklər var? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən yenidən Sadıqovu aradıq.
- Region Liqası ilə bağlı sön söhbətimizdə bildirmişdiz ki, İsgəndər Cavadovla birlikdə rayonlara səfər edəcəksiz. Artıq həmin vaxtdan 15 gün ötüb. Bu müddətdə hansı rayonlara baş çəkmisiz?
- Bütün işlər plan üzrə gedir. Bu arada onu deyə bilərəm ki, Region Liqasında Naxçıvan Muxtar Respublikasının da təmsilçisi iştirak edəcək. Bildiyiniz kimi, hazırda Muxtar Respublikanın daxili çempionatında birinci dövrə başa çatıb. Sonda qalib komanda Bakıya gələrək pley-offa qatılacaq. Bundan başqa, şimal zonasında işgüzar görüşlər keçirmişik. Şamaxı, İsmayıllı, Oğuz və Qaxda olduq, hər bir rayonun icra başçısı və başqa səlahiyyətli şəxsləri ilə görüşdük. İlkin danışıqlarda onlar rəhbərlik etdikləri rayonun komandalarının turnirə qatılması üçün dəstək verəcəklərini bildirdilər. Şabran və Quba komandalarının da iştirak edəcəyi gözlənilir. Bugünlərdə İsgəndər müəllim cənub bölgəsində olub. Orda Astara, Lənkəran, Cəlilibad rayonunun rəhbərliyi ilə görüşüb. Bir sözlə, bu yöndə işlərimiz davam edir.
- Belə çıxır ki, Region Liqasının keçirilməsi ilə bağlı problem olmayacaq.
- İnşallah, dekabrın 9-u və ya 10-da artıq turnirə start veriləcək.
- Bu günə kimi neçə komandanın iştirak edəcəyi dəqiqləşib?
- Əvvəlcədən söylənildiyi kimi, 24 komandanın yarışda iştirak edəcəyini düşünürük. Bu günə kimi səhv etmirəmsə, 15 və ya 16 komanda bizə müraciət edib və qeydiyyatdan keçib. O biriləri müraciət etsə də, hələ qeydiyyatdan keçmədiyindən onların çıxış edib-etməyəcəyini rəsmi şəkildə bildirmək bir qədər tezdi. Ancaq ümid edirəm ki, yaxın günlərdə onların da mübarizəyə qoşulacağı təsdiqlənəcək. Bakı zonası üzrə problem yoxdu. Ancaq bölgələrdə vəziyyət bir qədər fərqlidi. Çalışırıq turniri elə formatda keçirək ki, komandalar səfərlərə çıxarkən çox vəsait xərcləməsinlər. Gələn həftənin ilk günü Mərkəzi Aran zonasına yollanacağıq. Orda da bir sıra görüşlər keçirmək və komanda sayını dəqiqləşdirmək istəyirik.
- Yeni liqanın oyunları keçiriləcək stadionlarla bağlı vəziyyət nə yerdədi? Etiraf edək ki, əksər rayonlarda arenalar müasir tələblərə cavab vermir.
- Bu yöndə də işlər gedir. İnanıram ki, çətinliklə üzləşməyəcəyik. Bununla bağlı da Gənclər və İdman Nazirliyinə müraciət olunacaq. Bir çox rayonlarda fəaliyyət göstərən Olimpiya İdman Kompleksləri adını çəkdiyim nazirliyin balansındadı. Demək olar ki, bütün idman qurğularında standartlara cavab verən futbol meydanları var. İstəyirik ki, nazirlik yerli komandaların həmin arenalardan istifadə etməsinə şərait yaratsın.
RƏŞAD

Son xəbərlər

Mbappenin aqibəti müəyyənləşdi

“Dalğa Arena”da 4 qol - VİDEO

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

Bütün xəbərlər