Sizin reklam burada

5 oyuna cəmi 8 qol

Baxış Sayı:9 227

5 oyuna cəmi 8 qol
Çərşənbə axşamı birinci divizionda ikinci dövrəyə start verilib. Bütün görüşləri bir günə sığan tur çərçivəsində 10 komandadan altısı 1 qol vurub. Onlardan üçü 3 xal üçün kifayət edib. Son dövrlər yüksəlişdə olan “Mil-Muğan” “Xəzər”i, “Şüvəlan” çempion “Turan Tovuz”u, “Ağsu” isə “Zaqatala”nı həmin 1 qol sayəsində üstələyib. “Binə” ilə “Sabah” isə 1:1 nəticələnən görüşdə 1 xalla kifayətləniblər. Heç şübhəsiz, bütün diqqətlər liderlə ən yaxın izləyicisinin duelinə yönəlmişdi ki, “Qaradağ Lökbatan” MOİK səddini də keçərək, 2-ci yerlə arasındakı xal fərqini 9-a çatdırıb.
Birinci divizion
2-ci dövrə, 10-cu tur
21 noyabr
Mil-Muğan – Xəzər 1:0
Elxan Məmmədov, 51.
Şüvəlan – Turan Tovuz 1:0
Orxan Səfiyaroğlu, 50.
Zaqatala – Ağsu 0:1
Vəzir Musayev, 15-öz qapısına.
Qaradağ Lökbatan – MOİK 2:1
Əliqulu Manafov, 19. Sabir Allahquliyev, 52 - İsmayıl İbrahimli, 56.
Binə – Sabah 1:1
Bəxtiyar Soltanov, 88 - Şirməmməd Məmmədov, 55.
1. Qaradağ Lökbatan 10 8 2 0 19-7 26
2. MOİK 10 5 2 3 16-9 17
3. Mil-Muğan 10 5 1 4 16-15 16
4. Şüvəlan 10 5 1 4 10-9 16
5. Binə 10 4 3 3 11-6 15
6. Turan Tovuz 10 4 2 4 13-14 14
7. Xəzər 10 3 3 4 9-7 12
8. Sabah 10 3 2 5 12-17 11
9. Ağsu 10 3 2 5 12-19 11
10. Zaqatala 10 1 0 9 5-20 3
Bombardirlər: Elnur Səmədov (Turan Tovuz) – 8, Bəhruz Teymurov (MOİK), Sabir Allahquliyev (Qaradağ Lökbatan) – 6.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR