Polina Rəhimovanın komandası vahid lider oldu
Fransadakı yığma üzvlərinin məhsuldarlığı artır
Türkiyə voleybol çempionatında 8-ci turun oyunları keçirilib. “Fənərbaxça” İstanbulda çempionluq yolunda əsas rəqiblərindən sayılan “Əczaçıbaşı”ya qalib gəlib – 3:2 (25:23, 25:20, 28:30, 17:25, 15:11). Polina Rəhimova 11 xalla qələbədə pay sahibi olub. “Seramiksan” evdə “İlbank”a aman verməyib – 3:0 (25:18, 25:19, 26:24). Odina Bayramova 6 xala sevinib. “Beşiktaş” İstanbulda “Bəylikdüzü”nü məğlub edib - 3:2 (25:22, 25:23, 17:25, 19:25, 15:13). Yana Kulan yeni əməliyyat olunduğundan meydana çıxmayıbsa, Marqarita Əzizova “Qartal”a 2 xal qazandırıb. “Fənər” 23 xalla vahid liderdi. “Beşiktaş” 11 xalla 6-cı, “Seramiksan” 10 xalla 7-ci, “Bəylikdüzü” isə 7 xalla 10-cu pillədə qərarlaşıb. Növbəti turda “sarı-lacivərdlilər” titul yolunda digər rəqibi “Vakıfbank”ın, “ağ-qaralar” “Çanakkale Bələdiyəsi”nin qonağı olacaq. “Seramiksan” İstanbulda “Əczaçıbaşı”nı, “Bəylikdüzü” “Qalatasaray”ı büdrətməyə çalışacaq.
Fransa çempionatında isə 6-cı tur geridə qalıb. “Le-Kann” evdə “Kann”a uduzub – 1:3 (25:18, 16:25, 21:25, 19:25). Alyona Həsənova 15 xalla komandasının ən məhsuldar voleybolçusu olub. “Venel” isə səfərdə “Evre”ni darmadağın edib – 3:0 (25:22, 30:28, 25:22). Anastasiya Qurbanova 19 xalla qarşılaşmanın ən məhsuldar voleybolçusu olub. “Le-Kann” 10 xalla ilk “5-liy”i qapayırsa, “Venel” bu komandadan 1 xal və 1 pillə geridi. Növbəti turda “Le-Kann” lider “Beyzers”in qonağı olacaqsa, “Venel” azarkeşləri önündə “Mülhauz”la münasibətləri aydınlaşdıracaq.
Bu arada Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb. Polina Rəhimovalı “Fənərbaxça” B qrupunda “Agel” (Çexiya), “Konelyano” (İtaliya) və “Novara” (İtaliya), Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su isə D qrupunda “Qrot” (Polşa), “Vakıfbank” (Türkiyə) və “Qalatasaray”la (Türkiyə) münasibətləri aydınlaşdıracaq. Elit turnirdə qrup oyunları dekabrın 12-də başlayacaq və gələn il fevralın 27-də başa çatacaq.

Son xəbərlər

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Ceyhun Haşımov: “10 il əvvəl gənc hakimlərlə dil tapmaq daha asan idi” - LAYİHƏ

Bütün xəbərlər