Noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Çelsi”nin baş məşqçisi Antonio Konte açıqlama verib. İtaliyalı mütəxəssis “köhlən atlar”la dueli mövsümün ən vacib oyunu adlandırıb: “Qarabağ”la qarşılaşma indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq. Qələbə qazansaq, 1/8 finala adlayacağıq. İndi bizim başqa problemimiz var. “Qarabağ”la görüşdən sonra 5-6 saat yol qət edəcəyik. Şənbə günü isə “Liverpul”la qarşılaşacağıq. Mən bunu normal saymıram”.
Qeyd edək ki, “Qarabağ” - “Çelsi” matçı 21.00-da Olimpiya stadionunda start götürəcək.