Sizin reklam burada

“Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı

Baxış Sayı:645

“Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı
Dünən birinci divizionda 9-cu tura yekun vurulub. Birinci dövrənin son oyunları sürpriz nəticələrlə yadda qalıb. İlk növbədə “Zaqatala”nın son çempion “Turan Tovuz” üzərində qələbə qazanması qeyd olunmalıdı. Halbuki zaqatalalılar bu mövsüm keçirdiyi 8 oyunun hamısında uduzmuşdu. Artıq 5-ci dəqiqədə hesabda geri düşən, 15-ci dəqiqədə penaltidən 2-ci topu qapısında görən Əsgər Abdullayevin komandası hissənin ortalarında fərqi azaltsa da, məğlubiyyətdən xilas ola bilməyib. Əksinə, ikinci yarının startında Mehman Hacıyevin qırmızı vərəqə alıb meydandan qovulması tovuzluların işini daha da çətinləşdirib. Meydan sahibləri 78-ci dəqiqədə son nöqtəni qoyaraq, 3:1 hesablı qələbə ilə cari mövsümdə ilk xal(lar)ını əldə edib. “Sabah” isə evdə “Mil-Muğan”a böyük hesabla uduzub. Artıq ilk yarıda 3 top fərqiylə geri düşən Arif Əsədovun komandası sona 2 dəqiqə qalmış qapısında daha bir top görüb və beləliklə, 4 cavabsız qolla yenilib. Əslində hesab gözlənilməz olsa da, İmişli təmsilçisinin qələbəsini sensasiya saymaq doğru olmazdı. Belə ki, “Mil-Muğan” ötən tur “Şüvəlan”a eyni aqibəti yaşatmışdı.
Ən yaxın izləyicilərinin uduzması “Qaradağ Lökbatan”ın işinə yarayıb. Həbib Ağayevin komandası “Ağsu”nu böyük hesabla məğlub edərək, liderliyini bir qədər də möhkəmləndirib. Lider ilk dövrəni ən yaxın izləyicisi ilə 6 xallıq fərqlə başa vurub.
Birinci divizion
1-ci dövrə, 9-cu tur
17 noyabr
Sabah – Mil-Muğan 0:4
Bayram Əliyev, 18. Samir Babayev, 34. Anar Babazadə, 37. Comərd Baxşəliyev, 88.
Qaradağ Lökbatan – Ağsu 4:1
Məhəmməd Xəlilov, 19. Coşqun Süleymanov, 41. Sabir Allahquliyev, 67. Samir Musayev, 90+1 – Rəvan Kərimov, 87.
Zaqatala – Turan Tovuz 3:1
Kamran Həsənzadə, 5. Hacı Əhmədov, 15-p. Rəhman Şabanov, 78 – Ziyabil Məmmədov, 22.
Turun iki oyunu noyabrın 16-da keçirilib: Binə – MOİK 1:0 (Timur Dadaşov, 58-p.), Şüvəlan – Xəzər 1:0 (Nuqzar Kvirtiya, 28).
1. Qaradağ Lökbatan 9 7 2 0 17-6 23
2. MOİK 9 5 2 2 15-7 17
3. Turan Tovuz 9 4 2 3 13-13 14
4. Binə 9 4 2 3 10-5 14
5. Mil-Muğan 9 4 1 4 15-15 13
6. Şüvəlan 9 4 1 4 9-9 13
7. Xəzər 9 3 3 3 9-6 12
8. Sabah 9 3 1 5 11-16 10
9. Ağsu 9 2 2 5 11-19 8
10. Zaqatala 9 1 0 8 5-19 3
Bombardir: Elnur Səmədov (Turan Tovuz) - 8.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR