
Foto
863
17.11.2017, 22:16
Raufla Tural qələbə görmədi
Albaniya çempionatında 10-cu tura start verilib. Səfərdə “Kamza” ilə münasibətləri aydınlaşdıran “Kukesi” rəqibinin müqavimətini qıra bilməyib – 2:2. Rauf Əliyev 55-ci dəqiqədə meydana daxil olsa da, heç nə ilə fərqlənməyib. 18 xalla 2-ci pillədə qərarlaşan “ağ-göylər” növbəti turda evdə “Partizani”ni sınağa çəkəcək.
Makedoniya çempionatında isə 15-ci turun oyunları keçirilib. “Pobeda” səfərdə “Rabotniçki” tərəfindən darmadağın edilib – 0:4. Tural Hümbətov 90 dəqiqə oynayıb. 15 xala malik “qırmızılar” 9-cu yerdədi. “Pobeda” növbəti turda doğma meydanda “Sileks”lə münasibətləri aydınlaşdıracaq.