Sizin reklam burada

Günün tablosu: 2 qol, 3 qırmızı

Baxış Sayı:779

Günün tablosu: 2 qol, 3 qırmızı
Dünən birinci divizionda 12-ci tura start verilib. Turun ilk oyun günündə iki matç baş tutub ki, hər ikisində meydan sahibləri qələbəni 1 qolla əldə edib. “Binə” liderin ən yaxın izləyicisi MOİK-i Timur Dadaşovun penaltidən vurduğu qolla üstələyib. Ümumiyyətlə, bu qarşılaşma gərginliyi ilə diqqəti çəkib. Belə ki, görüşün hakimi, FİFA referisi Rəhim Həsənov 3 futbolçunu – MOİK-dən Cəmil Hacıyevlə Qərib İbrahimovu, “Binə”dən isə Ture Morifereni meydandan qovub. “Xəzər”lə oyunda isə “Şüvəlan”a 3 xalı gürcü legioner Nuqzar Kvirtiya qazandırıb.
Birinci divizion
1-ci dövrə, 9-cu tur
16 noyabr
Binə – MOİK 1:0
Timur Dadaşov, 58-p.
Şüvəlan – Xəzər 1:0
Nuqzar Kvirtiya, 28.
Tura bu gün yekun vurulacaq:
17 noyabr
Sabah – Mil-Muğan
Hakimlər: XƏLİL XƏLİLOV, Roman Vasilyev, Yaşar Abbasov, Fərid Məmmədov.
Hakim-inspektor: Vaqif Ayvazov.
AFFA nümayəndəsi: Novil İsmayılov.
Binə. Qəsəbə stadionu. Saat 14.30
Qaradağ Lökbatan – Ağsu
Hakimlər: ZİYA NƏSİROV, Elşən Acalov, Nahid Əliyev, Anar Göyçayski.
Hakim-inspektor: Azad Mütəllimov.
AFFA nümayəndəsi: Eldar Əlixanov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30
Zaqatala – Turan Tovuz
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cavanşir Yusifov, Samir Hacıyev, Namiq Bəkirov.
Hakim-inspektor: Rufulla Kərimov.
AFFA nümayəndəsi: Şakir Əmrahov.
Zaqatala. Şəhər stadionu. Saat 14.30
1. Qaradağ Lökbatan 8 6 2 0 13-5 20
2. MOİK 9 5 2 2 15-7 17
3. Turan Tovuz 8 4 2 2 12-10 14
4. Binə 9 4 2 3 10-5 14
5. Şüvəlan 9 4 1 4 9-9 13
6. Xəzər 9 3 3 3 9-6 12
7. Mil-Muğan 8 3 1 4 11-15 10
8. Sabah 8 3 1 4 11-12 10
9. Ağsu 8 2 2 4 10-15 8
10. Zaqatala 8 0 0 8 2-18 0
Bombardir: Elnur Səmədov (Turan Tovuz) - 8.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR