Sizin reklam burada

“Qaradağ Lökbatan” baş məşqçini dəyişməyəcək

Baxış Sayı:1 010

“Qaradağ Lökbatan” baş məşqçini dəyişməyəcək
Birinci divizionda ilk dövrə sona çatmağa doğru gedir. Hazırda 8 turdan sonra “Qaradağ Lökbatan” 20 xalla turnir cədvəlinin vahid lideridi. Məğlub olmayan qəsəbə təmsilçisi son turda son çempion “Turan Tovuz”la heç-heçə edərək, mövsümdə ikinci dəfə xal itkisi ilə üzləşib. Mövsümün əvvəlində baş məşqçi Azər Bağırovun komandadan ayrılması ilə onun yerinə köməkçisi Həbib Ağayev gətirildi. Ağayevin rəhbərliyi altında komanda uğurlu çıxış etsə də, deyəsən, baş məşqçinin klubdakı işi uzun çəkməyəcək. “Sportinfo” portalı yazıb ki, rəhbərlik gənc çalışdırıcının yerinə daha təcrübəli baş məşqçi gətirmək istəyir. Çünki klub rəhbərliyi komandanın növbəti mövsüm premyer-liqaya buraxılacağına ümid edir və Ağayevlə bu yola çıxmaq istəmir.
Məsələ ilə bağlı klub prezidenti Tahir Mustafayevlə danışdıq. O, baş məşqçi dəyişikliyinin hələ gündəmdə olmadığını söylədi: “Komanda yaxşı çıxış edir. Hazırda turnir cədvəlinin lideriyik. Azər Bağırovun komandadan gedəcəyini gözləmirdik. Amma baş verdi. Nə edə bilərik? Onun yerinə Həbib Ağayevi gətirməklə, düşünürəm ki, doğru addım atmışıq. Nəticələr də bunu göstərir. Baş məşqçi dəyişikliyi gündəmdə deyil. Biz Həbib Ağayevə güvənirik. Üstəlik, hazırda ancaq birinci divizion haqda düşünürük. Premyer-liqa haqda planlar qurmaq hələ tezdi. Aşağı dəstədə çempionluq hədəfimiz var. Bunu reallaşdırmağa çalışacağıq”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR