
Ölkə futbolu
1 039
16.11.2017, 16:27
“İmarət” ilə yekun vuracaq
“İmarət” fanklubu hər il olduğu kimi, bu il də yekun tədbir keçirəcək. Bu dəfə tədbirin adı “Tarixin memarı”dı və “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə daşıyan Qurban Qurbanova həsr olunub. Tədbirdə azarkeş qrupu ənənəsinə sadiq qalaraq müxtəlif şəxsləri və qurumları mükafatlandıracaq. Dekabrın 9-da “Kaspian Biznes” otelində təşkil olunacaq tədbir axşam saat 6-da başlayacaq.