Sizin reklam burada

Biri sevindi, biri üzüldü

Baxış Sayı:2 156

Biri sevindi, biri üzüldü
Rusiya voleybol çempionatında 5-ci turun oyunları keçirilib. Kazan “Dinamo”su səfərdə “Uraloçka”ya aman verməyib - 3:0 (25:22, 25:15, 25:22). Natalya Məmmədova hamıdan çox - 15 xal toplamaqla qələbədə əsas pay sahibi olub. “Leninqradka” isə Odintsovoda “Zareçye”yə ciddi müqavimət göstərsə də, məğlubiyyətdən yaxa qurtara bilməyib - 2:3 (23:25, 19:25, 25:18, 25:19, 10:15). Qonaqların kapitanı Kseniya Poznyak hesabına cəmi 6 xal yazıb. “Dinamo” 12 xalla 2-ci pillədə qərarlaşıb və lider “Zareçye”dən cəmi 1 xal geri qalır. Hesabında 7 xal olan “Leninqradka” isə ilk “5-liy”i qapayır. Növbəti turda “Dinamo” Kazanda Krasnodar “Dinamo”sunu sınağa çəkəcəksə, “Leninqradka” Sankt-Peterburqda turnir cədvəlindəki qonşusu “Saxalin”lə münasibətləri aydınlaşdıracaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR