Sizin reklam burada

İntizam Komitəsinin sabiq üzvü dünyasını dəyişdi

Baxış Sayı:765

İntizam Komitəsinin sabiq üzvü dünyasını dəyişdi
Azərbaycanın qocaman jurnalistlərindən Altay Zahidov dünyasını dəyişib. Ölkəmizdə futbolu radio şərhçisi kimi dinləyicilərə təqdim edən ilk jurnalistlərdən olan Zahidov həmçinin qabaqcıl kütləvi informasiya vasitələrində çalışıb.
Altay Zahidov Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974-91-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-də Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-dən Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının üzvü olub. Mərhum professor AFFA İntizam Komitəsinin üzvlərindən olub.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, baş direktor Məlik Həsənov və qurumun kollektivi mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR