Yardımlı “Dinamo”su Region Liqasına qatılacaq
Fəryaz İbayev: “Elxan müəllim özü tapşırıb ki, komandamız orda iştirak etməlidi”
AFFA-nın yeni layihəsi olan Region Liqasının hansı formatda, neçə komandanın iştirakı ilə keçiriləcəyinə hələ aydınlıq gəlməyib. Baxmayaraq ki, zaman bizi artıq “futbol ili”nin ekvatoruna doğru aparır. Amma bəzi komandalar var ki, bu turnirdə iştirak etmək niyyətindədi. Bu komandalardan biri də ötən mövsüm həvəskarlar liqasında mübarizə aparan Yardımlı "Dinamo"sudu. Bölgə təmsilçisinin rəhbərliyi bu gün iştirak ərizəsini AFFA-ya təqdim edəcək.
Komandanın Region Liqasında iştirakı ilə bağlı daha ətraflı bilgi almaq üçün baş məşqçi Fəryaz İbayevlə əlaqə saxladıq. O, komandanın bu liqada iştirakını AFFA-nın baş katibi Elxan Məmmədovun istədiyini bildirdi: "Biz həvəskarlar liqasında oynamaq istəyirdik. Lakin dedilər ki, Region Liqası olacaq. Elxan müəllim özü tapşırıb ki, komandamız orda iştirak etməlidi. Ötən il həvəskarlar liqasında oynadıq. Qrupdan çıxdıq. 1/4 finalda isə Qobustana məğlub olduq. Komandamız çox yaxşı oyunçulardan qurulub. Hazırda heyətimizdə iki legioner var. Biri italyandı, digəri kamerunlu. İştirak ərizəsini sabah (bu gün) AFFA-ya təqdim edəcəyik. Siyahıda 22 futbolçu yer alıb".
İbayev deyir ki, komanda oyunları Yardımlı şəhərindəki "Sahil" stadionunda keçiriləcək: "Bizim stadionumuz var. "Sahil" stadionu hazırda yaxşı vəziyyətdədi. Məşqlərimizi də orda keçiririk. Gündə iki dəfə məşq edirik. Oyunlarımız da bu stadionda keçiriləcək. Baş məşqçi özüməm. C katerqoriyam var".
Çalışdırıcının sözlərinə görə, hələ ki komandanın əlavə sponsoru yoxdu və rayon icra hakimiyyəti dəstək göstərəcək: "İcra Hakimiyyəti bizə dəstək olacaq. Onlar AFFA ilə məsləhətləşəcəklər. Hələlik başqa sponsor yoxdu. Komandanın avtobusu yoxdu. Hər oyuna gedəndə icarəyə götürürük. Amma futbolçular üçün lazım olan başqa ləvazimatların hamısı var. Ötən mövsümdən 2 dəst yeni formamız qalıb. Mövsümə çox yaxşı hazırlaşmışıq. Futbolçuların bəziləri Lənkərandan gəlir. Məşq edib, gedirlər evlərinə. Bakılılar da paytaxtda məşq edir, oyun zamanı gəlir. Yerli uşaqlar da öz evlərində qalırlar. Ona görə də otel və kirayə ev üçün pul xərcləmirik".
ŞƏFİ ŞƏFİYEV

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər