Sizin reklam burada

Qurbanova Fransada “partladı”

Title
Qurbanova Fransada “partladı”
Voleybol üzrə Türkiyə çempionatında 7-ci turun oyunları keçirilib. Polina Rəhimovanın formasını geydiyi “Fənərbaxça” səfərdə “İlbank”a aman verməyib – 3:0 (25:16, 25:11, 25:21). Marqarita Əzizovanın çıxış etdiyi “Beşiktaş” İstanbulda “Halkbank”a qalib gəlib – 3:0 (25:20, 25:22, 25:22). Yana Kulanın şərəfini qoruduğu “Bəylikdüzü” səfərdə “Çanakkale Bələdiyəsi”nə minimal fərqlə uduzub – 2:3 (26:28, 16:25, 25:12, 25:21, 10:15. Odina Bayramovalı “Seramiksan” isə eyni hesabla “Nilüfər Bələdiyəsi” səfərindən üzüağ dönüb – 3:2 (21:25, 25:14, 16:25, 25:19, 15:9).
Türkiyə Voleybol Federasiyasının saytında problem yarandığından oyunların statistik göstəriciləri qeyd olunmayıb. Bütün görüşlərini qələbəylə başa vuran “Fənərbaxça” 21 xalla vahid liderdi. “Beşiktaş” 9 xalla 6-cı pillədə qərarlaşıb. Hesabında 7 xal olan “Seramiksan” 9-cu, cəmi 6 xal toplayan “Bəylikdüzü” isə 10-cu yerdədi. Növbəti turda İstanbulda turun mərkəzi qarşılaşması keçiriləcək. Belə ki, “Fənərbaxça” əsas rəqiblərindən “Əczaçıbaşı” ilə münasibətləri aydınlaşdıracaq. “Bəylikdüzü” evdə “Beşiktaş”ı, “Seramiksan” isə “İlbank”ı sınağa çəkəcək.
Fransa çempionatında 5-ci tura start verilib. “Venel” azarkeşləri önündə “Qimper”i darmadağın edib – 3:0 (25:17, 25:17, 25:19). Anastasiya Qurbanova yeni komandasında ən məhsuldar oyununu keçirib. Yığma üzvü 18 xalla qələbədə böyük pay sahibi olub. Alyona Həsənovanın heyətində yer aldığı “Le Kann” isə sabah “Vandyovr”un qonağı olacaq. 6 xalla 8-ci pillədə qərarlaşan “Venel”in növbəti turda səfərdə “Evre” ilə qarşılaşacağını da nəzərinizə çatdıraq.
İtaliya çempionatında “Skandiççi” azarkeşləri önündə “Filottrano”ya qalib gəlib - 3:0 (25:17, 25:18, 25:19). Yelizaveta Səmədova ardıcıl 5-ci rəsmi oyunda da meydana çıxmayıb. Yığma üzvü bu gedişlə İtaliyada oyun praktikasına həsrət qalacaq. Çünki “Skandiççi” heyətini ulduz voleybolçularla zənginləşdirib. 15 xalla liderliyi davam etdirən “Skandiççi” 6-cı turda “Pesaro”nun qonağı olacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.