Sizin reklam burada

Son çempion liderlə "sülh bağladı"

Baxış Sayı:669

Son çempion liderlə "sülh bağladı"
Birinci divizionda növbəti turun oyunları keçirilib. Şənbə günü iki matç baş tutub ki, həm MOİK - "Sabah", həm də "Ağsu" - "Binə" oyununda qalib tərəf 3 xala iki top fərqli üstünlüklə yiyələnib. Paytaxt derbisində meydan sahibləri, bölgə komandalarının görüşündə isə qonaqlar qələbə qazanıb.
Dünənki oyunlara gəlincə, heç şübhəsiz, diqqətlər son çempionla liderin duelinə yönəlmişdi. "Turan Tovuz" "Qaradağ Lökbatan"ı büdrətməyi bacarıb. Bundan başqa, "Xəzər" "Zaqatala"nı 2, "Mil-Muğan" isə "Şüvəlan"ı 3 cavabsız qolla məğlub edib.
Birinci divizion
1-ci dövrə, 8-ci tur
11 noyabr
MOİK - Sabah 3:1
Orxan Həsənov, 36. İsmayıl İbrahimli, 59. Bilal Abbaszadə, 75 - Bayram Nuruzadə, 37.
Ağsu - Binə 0:2
Renat Aşurov, 68; 82.
12 noyabr
Turan Tovuz - Qaradağ Lökbatan 1:1
Elnur Səmədov, 66-p. - Sabir Allahquliyev, 38.
Xəzər - Zaqatala 2:0
Aslan Hüseynov, 22. Fərid Səmədzadə, 72-p.
Mil-Muğan - Şüvəlan 3:0
Samir Babayev, 38; 61. Bayram Əliyev, 44.
1. Qaradağ Lökbatan 8 6 2 0 13-5 20
2. MOİK 8 5 2 1 15-6 17
3. Turan Tovuz 8 4 2 2 12-10 14
4. Xəzər 8 3 3 2 9-5 12
5. Binə 8 3 2 3 9-5 11
6. Mil-Muğan 8 3 1 4 11-15 10
7. Şüvəlan 8 3 1 4 8-9 10
8. Sabah 8 3 1 4 11-12 10
9. Ağsu 8 2 2 4 10-15 8
10. Zaqatala 8 0 0 8 2-18 0
Bombardir: Elnur Səmədov (Turan Tovuz) - 8.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR