Sizin reklam burada

“İmarət” boykot qərarını yolverilməz sayır

Müəllif: football Tarix: 13-11-2017, 20:16 804 Baxış
“İmarət” boykot qərarını yolverilməz sayır
Bu səbəbdən fanklubun sıralarını tərk edənlər var
“İmarət Avropa” və “Milli Dəstə”nin avrokubok matçlarında “Qarabağ”ı boykot bəyanatından sonra azarkeşlər arasında narazılıq yaranıb. Bir qism düşünür ki, fanat qrupları düz edir, digər bir kəsim də azarkeşlərin heç bir təmənna güdmədən stadiona gəlməli olduğunu əsas gətirərək, onları qınayır. “İmarət” azarkeş qrupu da məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Qarabağ”ın xüsusən təşkilati məsələlərdə Avropadakı azarkeşlərimizə lazımı dəstəyi vermədiyi üçün dəfələrlə özləri ilə yanaşı, bizim tərəfimizdən klub idarəçilərinə irad və təkliflər bildirilib. Bu səbəbdən Azərbaycan tarixində ilk gerçəkləşdirən və bir çox əziyyətə adımız üçün qatlaşan “İmarət Avrop”a üzvlərinin tələblərini tam haqlı sayırıq. Ancaq özlərinə də bəyan etdiyimiz kimi, oyunları boykot etmək bizim prinsiplərə ziddi. Çünki nə olur-olsun, “Qarabağ” adı təmizdi və bu adın dəstəyə hər zaman ehtiyacı var. Hər hansı bir idarəçinin məsuliyyətsizliyi stadiona çıxan futbolçumuzun azarkeşsiz oynamasına səbəb ola bilməz. İdarə heyətimiz qərara alıb ki, həmin tələblərə uyğun təkliflər klub rəhbərliyinə çatdırılacaq və yerinə yetirilmədiyi halda etiraz hərəkətləri həyata keçiriləcək. Boykot qərarını dəstəkləmədiyimiz üçün "İmarət"dən kənarlaşan üzvlərimiz tam sərbəstdilər”.
Məsələ ilə bağlı azarkeş qrupunun rəhbəri Elnur Quliyevlə danışdıq: “Onların qərarı sərbəstdi. Lakin biz qərarı oxuyandan sonra bunu qəbul etmədik. Çünki prinsiplərimizə ziddi. Hansısa səbəbdən “Qarabağ”ın oyunu boykot oluna bilməz. Komandaya etiraz kimi boykot qərarı doğru deyil. Bizim bəyanatımızdan sonra “İmarət Avropa” ilə aramızda bəzi narazılıq oldu. Ordan bir neçə üzv ayrılmaq istədiyini bildirdi. Biz də “İmarət”in İdarə Heyəti ilə yığışdıq. Avropadakı uşaqlarla da canlı bağlantı qurduq. Qərara aldıq ki, klub rəsmiləri ilə görüşməliyik. Çox güman, çərşənbə axşamı yekun qərar olacaq. Hələlik ayrılan yoxdu. Amma ayrılmaq istəyənlərin qarşısını ala bilmərik. Sadəcə, “İmarət Avropa”nın narazı olduğu məqamları düzəltmək lazımdı. Bilet məsələsində də problemlər yaranıb. Bununla bağlı klub rəsmiləri ilə danışacağıq. Danışıqlar nətizəcis qalsa, etiraz edə bilərik. Lakin istənilən halda boykot yolverilməzdi”.
ŞƏFİ ŞƏFİYEV
SON XƏBƏRLƏR