Sizin reklam burada

Əfqan Talıbov zədələndiyinə görə filmdən kənarda qalıb

Müəllif: football Tarix: 13-11-2017, 19:59 946 Baxış
Əfqan Talıbov zədələndiyinə görə filmdən kənarda qalıb
“İnsanların zəhmətinə gərək qiymət verəsən”
Ötən sayımızda “CBC Sport”un layihəsi olan “Xəzridən Xəzriyə” filmi haqda bəhs etmişdik. 90-cı illərdə ölkə futbolunda iz qoymuş “Xəzri”yə həsr olunmuş sənədli filmin yetərincə maraqlı alındığını vurğulamışdıq. Onu da qeyd etmişdik ki, filmdə Buzovna komandasının kapitanı olmuş və “Qutnik”lə Bakıdakı oyunda ilk qola imza atan Əfqan Talıbov yer almayıb. Futbol veteranını cümə günü filmin təqdimetmə mərasimində də görmədik. Hərçənd filmin müəllifi Əminə Kazımova ona da dəvət göndərildiyini demişdi.
Dünən bununla bağlı Əfqan bəylə danışdıq: “Mənimlə əlaqə saxlamışdılar. Onlara demişdim ki, gələ bilməyəcəm. Çünki rayona getmişdim. Təqdimat mərasiminə gələ bilməyəcəyimi demişdim. Futbol oynayanda üzümdən zərbə aldım. Ona görə gedə bilmədim. Fikrimi öyrənmişdilər. Ancaq dedilər ki, özünüz gəlsəz, yaxşıdı. Mən də sizə dediyim səbəbdən orda ola bilmədim. Ən əsası odu ki, insanların zəhmətinə gərək qiymət verəsən. Bu filmin araya-ərsəyə gəlməsində çox böyük əziyyət çəkiblər. Zəhmətləri danılmazdı. Buna görə onlara minnətdarlığımı bildirirəm. Halal olsun. “Xəzri”nin mərhum prezidenti Malik Atakişiyevin sözlərini xatırlayıram. O demişdi ki, İsveçrədə UEFA kubokunun püşkü atılarkən Buzovnanın adı çəkiləndə istər-istəməz gözlərimdən yaş gəldi. Kəndimin adını orda çəkdilər. Yaxşı komanda formalaşmışdı, yüksək yerlər uğrunda oynayırdıq. Bu insanlara balaca kəndin klubu haqda film çəkdiklərinə görə təşəkkür edirəm. İndi hamı bilir ki, Buzovna kəndi avrokubokda təmsil olunub”.
SƏRXAN
SON XƏBƏRLƏR