"Qəbələ"dən şəhid olan azarkeşi ilə bağlı paylaşım - FOTO

6.03.2023 15:21 721
Ölkə futbolu / Foto
"Qəbələ" rəsmi "Facebook" səhifəsi vasitəsilə klub azarkeşinin şəhid olması ilə bağlı məlumat paylaşıb.

"Football-plus.az" həmin paylaşımı təqdim edir.

"Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

25 oktyabr 1994-cü ildə Qəbələnin Vəndam qəsəbəsində anadan olan Şəhriyar Əlibəyli komandamızın azarkeşi idi.
Allahdan şəhidlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Başın sağ olsun, VƏTƏN!"

"Qəbələ"dən şəhid olan azarkeşi ilə bağlı paylaşım - FOTO