Sizin reklam burada

Lider "Xəzər"dən də "sağ çıxdı"

Baxış Sayı:869

Lider "Xəzər"dən də "sağ çıxdı"
Birinci divizionda 7-ci tura yekun vurulub. Çərşənbə axşamı 2 matç baş tutsa da, ilk oyun günü daha məhsuldar alınıb. Belə ki, MOİK – “Mil-Muğan" və "Sabah" - "Ağsu" qarşılaşmalarında qapılara ümumilikdə 9 qol vurulub. "Hərbçilər" "Mil-Muğan"ı 4 cavabsız qolla yenib. "Sabah" isə bölgə təmsilçisini 3:2 hesabıyla üstələyib.
Dünənki görüşlərə gəlincə, hər üç oyunda qol vuran tərəf sonda 3 xalı bayram edib. "Turan Tovuz"a "Binə" ilə səfər matçında qələbəni çempionatın bombardiri Elnur Səmədov əlavə olunmuş dəqiqələrdə qazandırıb. "Şüvəlan" da Zaqatala səfərində 3 xalı 1 qolla əldə edib. Nəhayət, lider "Qaradağ Lökbatan" "Xəzər"lə çətin görüşdə inamlı qələbə qazanıb. Beləliklə, Həbib Ağayevin komandası ən yaxın izləyicisi ilə xal fərqini qoruyaraq, liderliyini davam etdirir.
Birinci divizion
1-ci dövrə, 7-ci tur
7 noyabr

MOİK - Mil-Muğan 4:0
İsmayıl İbrahimli, 27. Kamil Nurəhmədov, 67. Bəhruz Teymurov, 90+1; 90+2.
Sabah - Ağsu 3:2
Şirməmməd Məmmədov, 23. İlqar Ələkbərov, 59. Məhəmməd Alıyev, 65 - Qeyrət Əliyev, 56-öz qapısına. Təmraz Əmircanov, 90+2.
8 noyabr
Binə - Turan Tovuz 0:1
Elnur Səmədov, 90+4.
Qaradağ Lökbatan - Xəzər 2:0
Emin Mustafayev, 46. Sabir Allahquliyev, 51.
Zaqatala - Şüvəlan 0:1
Nuqzar Kvirtiya, 23.
1. Qaradağ Lökbatan 7 6 1 0 12-4 19
2. MOİK 7 4 2 1 12-5 14
3. Turan Tovuz 7 4 1 2 11-9 13
4. Şüvəlan 7 3 1 3 8-6 10
5. Sabah 7 3 1 3 10-9 10
6. Xəzər 7 2 3 2 7-5 9
7. Binə 7 2 2 3 7-5 8
8. Ağsu 7 2 2 3 10-13 8
9. Mil-Muğan 7 2 1 4 8-12 7
10. Zaqatala 7 0 0 7 2-16 0
Bombardir: Elnur Səmədov (Turan Tovuz) - 7.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR