Vasif Durarbəyli Azərbaycandan ayrılıb.
"Football-plus.az" saytının məlumatına görə, şahmat millimizin üzvü sosial şəbəkə hesabında birdəfəlik ABŞ-a köçdüyünü yazıb:
“Həyatımın yeni fəslinin başlanması doğum günümə təsadüf etdi. Bundan öncə, 2014-cü ildə təhsillə bağlı Sent-Luisə yollanmış və 2019-da bəzi məqsədlərimi icra etmək üçün dönmüşdüm. 5 il ərzindəki təcrübəmin məni bir fərd kimi yaxşıya doğru dəyişdiyi qənaətindəyəm. Görək bu dəfə məni həyat nələrlə qarşılaşdıracaq və öyrədəcək!
Ötən dəfədən fərqli Azərbaycana məskunlaşmaq üçün qayıdacağıma əmin deyiləm. İstənilən halda, məni sevənlərin və sevməyənlərin narahat olmasına ehtiyac yoxdu. Bir ayağım burda olacaq”.
Qeyd edək ki, Vasif Durarbəyli son iki Azərbaycan çempionatının qalibidi.