Borçe Xristov İspaniya təəssüratını bölüşdü
“Akademiyalarında 55 komanda var, 200-ə yaxın məşqçi çalışır”
Çərşənbə axşamı “Qarabağ”ın təkcə əsas komandası yox, həm də U-19 üçün düşərli oldu. Böyüklər Avropanın nəhəng komandalarından sayılan “Atletiko” ilə heç-heçə etdiyi halda, gənclər çoxlarının gözləmədiyi halda madridli həmyaşıdlarını məğlub etdi. Buna qədər “Çelsi”yə 0:5, “Roma”ya 0:3, Bakıda “Atletiko”ya 1:5 hesabıyla uduzan Rəşad Sadıqovun yetirmələri iki həftə əvvəl böyük hesabla yenildikləri “Atletiko”nu səfərdə 1:0 hesabıyla udub Gənclər Liqasında günün sensasiyasına imza atdı. Xatırlayırsızsa, Rəşad Sadıqov açıqlamalarının birində əsas komandanın oyununu əsas gətirib, U-19-u meydana çıxarmayacağını dilə gətirmişdi. Sonradan klubun mətbuat katibi Nurlan İbrahimov qəzetimizə açıqlamasında “çox güman, Borçe Xristov çıxaracaq” söyləmişdi. Düşünürdük ki, “Qarabağ”ın qalib gəldiyi matçda baş məşqçi səlahiyyətlərini məhz makedoniyalı mütəxəssis yerinə yetirib. Lakin dünən klubun aşağı yaş qrupları üzrə əlaqələndiricisi ilə söhbətdə eşitdiklərimizə təəccübləndik.
- U-19-u meydana çıxarmaqla bağlı tapşırıq Rəşad Sadıqovdan gəldi, yoxsa klub rəhbərliyindən?
- Başa düşmədim. Komandanı oyuna kim çıxarıb ki?
- Siz.
- Kim deyir?
- Rəşad Sadıqov “Atletiko” ilə oyunda bu işin başqasına həvalə olunacağını demişdi. Sonradan klubun mətbuat katibi Nurlan İbrahimov sizi işarə vermişdi.
- Yox-yox, mən orda, sadəcə, oyuna baxanlardan biri olmuşam. Klubun aşağı yaş qrupları üzrə əlaqələndiricisi kimi tribunada oturub meydanda başverənləri izləyirdim. Belə deyim, işimi yerinə yetirirdim. Öhdəliyim bütün yaş qruplarına kömək etmək, yanlarında olmaq, lazım olan məsləhətləri verməkdi.
- Rəşad Sadıqov özü ordaydı?
- Əlbəttə.
- Komandanı oyuna o çıxarmışdı?
- Rəşad ehtiyat oyunçular skamyasının yanında oturacaqda oturub oyuna baxırdı. Axşam əsas komandanın oyunu vardı deyə, Sadıqov, sadəcə, görüşü izləyirdi.
- Bəs göstərişləri kim verirdi, baş məşqçi səlahiyyətləri kimə tapşırılmışdı?
- Rəşad Sadıqovun köməkçisi Cavad Mirzəyevə.
- Oyunla bağlı nə deyə bilərsiz? U-19 3 xalı nəyin sayəsində qazandı?
- Uşaqlar bu oyuna yaxşı hazırlaşmışdı, olduqca istəkliydilər. Yaxşı futbolçularımız var. Sadəcə, əvvəlki 3 oyunda təcrübəsizlik sözünü demişdi. Həm də rəqibləri yaxından tanımırdıq. Hər nə qədər oyun disklərinə baxsan da, iş başında görmək tam başqadı. “Atletiko”yla Bakıda qarşılaşdıq və böyük hesabla məğlub olduq. Oyundan sonra təhlillər aparmaq üçün kifayət qədər vaxtımız oldu. Rəqibin güclü tərəfləri kimi, zəif cəhətləri də var. Məşqçilər heyəti həmin zəif cəhətlər üzərində işləyirdi. Uşaqlar verilən tapşırıqları lazımınca yerinə yetirdilər və ən əsası, ağıllı oynadılar.
- Saytlardan birinin vasitəsi ilə oyunu izləmək imkanı qazandıq. Rəqib hücum edir, bizimkilər müdafiə olunurdu.
- Mən belə deməzdim. İlk hissədə tam müdafiədən oynadığımızı düşünmürəm. Fikir verdizsə, 3-4 dəfə əks-hücumda fərqlənmək imkanlarımız oldu. Ancaq fasilədən sonra əsas diqqəti müdafiəyə ayırdıq. Bu da səbəbsiz deyildi. “Atletiko” böyük qüvvə ilə üstümüzə gəlirdi. Belə deyim, rəqib bizi müdafiə olunmağa məcbur edirdi. “Atletiko”nun hansı ad-sana, şəraitə sahib olduğunu siz məndən yaxşı bilərsiz. Bəzi məlumatlar deyərəm ki, ağzınız açıq qalar.
- Məsələn?
- Sizcə, “Atletiko”nun akademiyasında neçə komanda var?
- Düzü, bilmirəm.
- 55. 7-19 arası uşaqlar 55 komandada hazırlıq keçir. Belə deyək, hər yaş qrupuna 5 komanda düşür. Heç Azərbaycanda ümumilikdə bu qədər komanda yoxdu. Dəhşət bir şeydi. Sizcə, bu qədər komandada neçə məşqçi işləyir?
- 150?
- 150-dən də çox. 200-ə yaxın. Sadəcə, təsəvvür edin. Görüb-eşitdiklərimiz bizim üçün əsl yuxu idi.
- O cür şəraitə malik komandanın “Qarabağ”a uduzmasına qarşı tərəfin reaksiyası necə oldu?
- Dəhşətli dərəcədə üzgün idilər. Hamısı şokda idi, sanki nə baş verdiyini anlaya bilmirdilər. Özlərinə yer tapmırdılar. Bakıda 5 qol vurandan sonra elə bilirdilər Madriddə qol şousu olacaq. Hiss olunurdu ki, güclərinə arxayındılar. Amma matçın gedişində bizimkilərin ağıllı oyununu görüb təzyiqi artırdılar.
- Dieqo Simeone hər iki oyundan sonra Qurban Qurbanovun əlini sıxmadı. Onlar necə, sizi təbrik etdilər?
- Bu barədə problem olmadı. Yaxınlaşıb təbrik edir, fikirlərini deyirdilər. Onlar üçün futbol təkcə qələbə qazanmaq üçün oynanılmır. Məğlub olsalar da, buna real yanaşırlar. Əksinə, səhvlərdən nəticə qazanmaq üçün əllərinə yaxşı imkan düşür. Yəni elə bir şey hiss etmədim ki, “Qarabağ”a məğlub olmağı faciə saysınlar. Məyus idilər, bu öz yerində. Amma dünyanın sonu deyildi onlar üçün.
- Oyunu izləyənlər arasında əcnəbi skautlar, menecerlər var idi?
- Əlbəttə. Söhbət Gənclər Liqasından gedirsə, üstəlik, “Atletiko” oynayırsa, bu təbiidi. Düzdü, ünsiyyətim olmadı, amma bilirəm ki, gəlmişdilər.
- Bizimkilərdən kiminləsə maraqlandılar?
- Bu baş veribsə də, mən bilmərəm. Təbii ki, mənə deməzlər. Belə fikirləri olsa, kluba müraciət edərlər, maraqlanarlar.
HƏBİB

Son xəbərlər

"Real” superkuboku başı üzərinə qaldırdı

Zaniolo "Tottenhem"ə keçmədi

Dadaşovun bərabərlik qolu - VİDEO

Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Baneqa La Liqa yolunda

Abakarov gümüş medal qazandı - KONYA-2021

"Sumqayıt"dan yeni transfer

"Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm" - Laurentsiu Regekampf

İdmançılarımızdan daha iki medal - KONYA-2021

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

"Neftçi" ilə oyun maraqlı olacaq" - Patrik Qrayl

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Millimizdən 5-ci medal - KONYA-2021

"Neftçi"dən azarkeşlərə müraciət

"İnter"dən "Sassuolo"ya

"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

"Qəbələ"dən növbəti transfer

Mariya Stadnik finalda

Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Hacı Əliyev gümüş medalı təmin etdi

Millimiz Əfqanıstana qalib gəldi

"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

"Heyətimizə əsasən gənclər dəvət olunub" - Millimizin üzvü

"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

"Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdu" - Yuri Syomin

FFF Qaltyenin PSJ ilə müqaviləsini tanımadı

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

“Real”dan “Jirona”ya keçdi

Silva Barselonada ev axtarır

“Napoli” Ruisi də itirir

"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Sahil Babayev boks millisinin üzvləri ilə görüşdü - FOTOLAR

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim" - "Viktoriya"nın baş məşqçisi

"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi - Statistika

"Belə tez dağılmamalı idik" - "Ferentsvaroş"un futbolçusu

"Neftçi" Avstriyaya yola düşdü

"Hələ Çempionlar Liqasında oynamağa hazır deyilik" - "Ferentsvaroş"un futbolçusu

"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

Bütün xəbərlər