Şahin Diniyev 7 min manat maaş aldığını təsdiqlədi
Klub rəhbərliyi menecer Vaqif Heydərlini də ştata salıbmış
Ötən sayımızda “Kəpəz”də yaşanan maliyyə yeyintisinə toxunmuş, Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlunun və icraçı direktor Cabir İbrahimovun hansı yollarla şəxsi büdcələrini artırdıqlarını qeyd etmişdik. Onu da bildirmişdik ki, “sarı-göylər”in çalışdırıcısı Şahin Diniyevin sənəd üzərində məvacibi 10 min 500 manat göstərilsə də, əslində baş məşqçi 7 min manat alırmış. Qalan 3 min 500 manat isə Mikayıl bəyə çatırmış.
Məsələ ilə bağlı Şahin bəyin də fikilərini öyrənməyi lazım bildik: “Bununla bağlı bu gün (dünən) mənə çox sayda zənglər gəldi. Həmkarlarınıza da bildirdim, sizə də deyirəm: belə hal yaşanmayıb. Mənə çatacaq maaşı həmişə tam almışam. Başa düşmürəm, sizə bu informasiyanı kim ötürüb? Mən bəlkə də tək-tük məşqçilərdənəm ki, əməkhaqqımı ictimaiyyətə açıqlayıram. 7000 manat maaş alıram və heç kim də mənim pulumu tutmayıb. Onu da bildirim ki, mən məvacibimi kartla alıram. Kiməsə “otkat” verməyim absurddu. Audit yoxlamasının nəyi üzə çıxardığından, kimlərin nə işlə məşğul olduğundan xəbərsizəm. Mənim işim baş məşqçi kimi komandanı oyunlara hazırlamaq, gündəlik məşqləri keçməkdi. Bilirəm bu söz-söhbəti ortaya atanlar kimlərdi və məqsədləri nədi. İndi məni əsas düşündürən məqam “Kəpəz”in daha yaxşı çıxış etməsidi”.
Yayılan söz-söhbətə inansaq, Mikayıl Nərimanoğlu “Kəpəz”dən uzaqlaşdırılandan sonra növbəti hədəf Şahin Diniyevdi. Şahin bəyin futbolçu transferində Nərimanoğlu ilə əlbir olaraq, “qara işlər” gördüyü söylənilir. Artıq bu yöndə ilk addım da atılıb. Belə ki, “Kəpəz”i legionerlərlə təmin edən Vaqif Heydərli klubdan uzaqlaşdırlıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi komandaya gətirdiyi əcnəbilərə görə FİFA agentinə ödəməli olduğu komisyon xərcini nəğd şəkildə verə bilmədiyindən onun adını klubun işçisi kimi ştat cədvəlinə salıb. Və borcu əməkhaqqı formasında ödəmək istəyiblər. Lakin audit bu məsələnin üstünü açıb və Vaqif bəy ştatdan çıxarılıb.
Diniyev deyilənlərə belə reaksiya verdi: “Harda işləməyimdən asılı olmayaraq, mən heç vaxt belə işlərlə məşğul olmamışam. Kiməsə qara yaxmaq, onu şərləmək insanlığa yaraşmayan hərəkətdi. “Kəpəz”də nə qədər legioner top qovub ki, onlardan da nəsə umaq? Vaqif Heydərliyə gəlincə, o bəziləri kimi 5 manatlıq futbolçuya görə bizdən 10 manat tələb etməyib. Əksinə, futbolçu 3 manat istəyəndə 1 manata “Kəpəz”ə gəlməyə razı salıb. Onun komandaya dəvət etdiyi legionerlərin səviyyəsi də göz qabağındadı. Klubdan uzaqlaşdırmaq məsələsindən isə xəbərim yoxdu”.
Sonda “Kəpəz”lə bağlı daha bir xəbəri diqqətinizə çatdıraq. Nərimanoğlunu geri çağıran AFFA rəhbərliyi onun yerinə İslam Abbasovu təyin edib. Millinin baş inzibatçısı bundan sonra “Kəpəz”in Müşahidə Şurasında təmsil olunacaq. Onu da qeyd edək ki, İslam bəyin artıq klubda iş təcrübəsi var. Belə ki, o bir müddət “Neftçi”də inzibati işlər üzrə menecer vəzifəsini icra edib.
RƏŞAD

Son xəbərlər

Millimiz Avropada 1-ci oldu

Avropa çempionatında 1 gündə 2 medal

6-cı dəfə icarəyə verildi

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Bütün xəbərlər