Fanklublardan “Qarabağ”a laqeydliyə gülünc izah
Elnur Quliyev: “Hava limanının işçiləri istədiyimiz kimi hərəkət etməyə imkan vermirlər”
“Qarabağ” hamını təəccübləndirməkdə davam edir. Əslində “köhlən atlar”ın Çempionlar Liqasında “böyük beşlik” ölkələri təmsilçiləriylə qarşılaşacağını biləndə onlardan xal gözləyənlər çox az idi. Amma boyundan yuxarı tullanan Qurban Qurbanovun komandası “Atletiko”ya hər iki oyunda uduzmayaraq, bütün dünyanı şoka saldı. Xüsusən Madriddə qazanılan 1 xalın önəmi ölçüyəgəlməzdi. Təəssüf ki, inanılmaz nəticəyə imza atan komandanı azarkeşlər Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılamadı. Halbuki komanda çərşənbə günü saat 10-11 radələrində vətənə çatmışdı. Axı belə xarakterli komanda, qəhrəman futbolçular biganə münasibətə layiq deyil. Dünən məsələ ilə bağlı klubu dəstəkləyən fanklublara üz tutduq.
Elvin Süleymanov, “Qarabağ ordusu”: “Təyyarənin Bakıya enmə vaxtı dəyişdirildi. Elə vaxtda gəldi ki, həmin vaxtda kimisi işdə, kimisi də dərsdə olur. Təyyarənin hava limanına gəlmə vaxtını biləndə gecə saat 3-4 olardı. “Kopenhagen”lə görüşdən sonra hər şey bilinirdi deyə, hava limanına xeyli insan getmişdi. Bu dəfə gah 8-də, gah da 9-da gələcəyini söylədilər. Dəqiq vaxtı bilmədiyimizdən komandanı qarşılaya bilmədik”.
Ramiz Bayramov, “Qarabağ’s boys”: “Futbolda belə bir şey yoxdu ki, hər oyundan sonra fanklublar komandanı qarşılamaq üçün mütləq hava limanına getməlidi. Fanklubun əsl yeri tribunadı. Ancaq əsas problem ondadı ki, komandanın nə vaxt Bakıda olacağını bilmədik. Bununla bağlı nə klubun “feysbuk” səhifəsində, nə də başqa bir yerdə məlumat gördük. Şəxsən mən getmək istəyirdim. Ancaq anam yenicə əməliyyat olunub. Onu xəstəxanadan çıxarmalıydım deyə, hava limanına yollana bilmədim. Gecə saat 3-4-ə kimi gözlədim ki, hansısa saytda və ya səhifədə təyyarənin Bakıya çatma vaxtını yazarlar. Ancaq bununla bağlı heç bir xəbər görmədim. Yoxsa fanklub üzvlərini göndərməyi planlaşdırmışdım”.
Elnur Quliyev, “İmarət”: “Klubdan hər hansı məsələyə görə inciməmişik. Hava limanına getməməyimizin səbəbi də bu deyil. Oyun gec qurtardığından təşkilatlanmaq baxımından problem yarandı. Ora gedəndə də istənilən effekt alınmır. Hava limanının işçiləri istədiyimiz kimi hərəkət etməyə imkan vermirlər. Yalandan orda durmağın nə adı var? Keçən dəfə hardasa 2 saat yarım komandanı gözlədik. Bu da çətinlik yaradır, getmək olmur. Əslində saat 10-11 arası komandanın gəlməsi elə bizim üçün qeyri-münasib vaxtdı. Çünki həmin saatlarda kimisi işdə olur, tələbə üzvlərimiz də dərsdə. Komanda səhər tezdən gələndə bizim üçün rahat olur. Futbolçuları qarşıladıqdan sonra üzvlərimiz işə, dərsə gedə bilir”.
Fanklub nümayəndələrinin açıqlamalarından sonra belə qənaətə gəlmək olar ki, ölkədə işsizlik minimum səviyyədədi. Çox maraqlıdı, deməli, fanklubların bütün üzvləri ya gündəlik standart vaxtda işləyənlər, ya da tələbələrdi. Hərçənd ki, bu o qədər də inandırıcı görünmür. Heç belə məsələlərdə fanklub rəhbərindən “irəli” əmrini gözləmək də lüzumsuzdu. Bu istək ürəkdən gəlirsə, o bütün maneələri aşır. Lap işdən də icazə almaq olar, dərsdən də. Necə deyərlər, könlü balıq istəyənin quyruğu suda gərək.
SƏRXAN

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər