Sizin reklam burada

“Qarabağ” Kamil Zeynallı olayını bitmiş sayır

Müəllif: football Tarix: 3-11-2017, 23:42 865 Baxış
“Qarabağ” Kamil Zeynallı olayını bitmiş sayır
Asif Əsgərov: “Bir şəxsə görə məsələnin bu qədər qabardılmasına qarşıyıq”
Ötən sayımızda yazdığımız kimi, “Atletiko” – “Qarabağ” matçını izləməyə gedən aparıcı Kamil Zeynallı qalmaqala səbəb olmuşdu. O, təyyarədə “instaqram”da canlı yayın açmışdı. İzləyicilərdən biri isə onu təhqir etmişdi. Zeynallı da həmin şəxsi canlı yayında təhqir etmiş, ona ana söyüşü söymüşdü. Özü də canlı yayında istifadəçi adını “Maqa xətt aşağıda” demişdi. Bu söz sosial şəbəkələrin trendi olmuşdu. Klub da Kamili səfərə apardığı üçün ciddi tənqid olunmuşdu. Təbii ki, bu cür hadisələr klubun nüfuzuna xələl gətirir. Maraqlıdı ki, Zeynallı geri qayıdanda təyyarədə olmayıb. Deyilənlərə inansaq, məhz rəhbərlik onun təyyarəyə minməsinə icazə verməyib. Lakin aparıcı özü bunu təkzib etmişdi. Demişdi ki, “Beşiktaş” – “Monako” matçını izləmək üçün İstanbula getdiyindən, “Qarabağ”ın təyyarəsində qayıtmayıb.
Həqiqətənmi belə bir şey olub? Bu suala cavab tapmaq üçün Ağdam klubunun mövqeyini öyrənməyi lazım bildik.Öncə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Lakin Nurlan bəy açıqlama vermək istəmədi. Ardınca isə “Qarabağ”ın meneceri Asif Əsgərova zəng etdik. Asif bəy də məsələni tam aydınlatmadı: “Bu haqda açıqlama vermək doğru deyil. Bir klub kimi bunu gündəmə gətirmək istəməzdik. Biz ora jurnalistləri də aparmışdıq, Kamil Zeynallını da. Belə bir hadisənin baş verməsini heç kim arzulamırdı. Bəlkə də jurnalistlər orda olmasaydı, heç üzə çıxmazdı. Fərdi şəxsə görə məsələnin bu qədər qabardılmasına qarşıyıq. Özü açıqlama verib, daha biz nəsə deyə bilmərik”.
ŞƏFİ ŞƏFİYEV
SON XƏBƏRLƏR