Sizin reklam burada

Çempiondan inamlı qələbə

Baxış Sayı:717

Çempiondan inamlı qələbə
Birinci divizionda 6-cı tura start verilib. Dünən 3 oyun baş tutub ki, ikisində meydan sahibləri, birində qonaqlar qələbə qazanıb. Xüsusilə "Şüvəlan"ın halına acımamaq olmur. Aqil Nəbiyevin komandası lider "Qaradağ Lökbatan"la qarşılaşmada hesabı erkən açıb və son dəqiqələrə kimi üstünlüyünü sürdürüb. Həbib Ağayevin komandası əvvəlcə 88-ci dəqiqədə tarazlığı bərpa edib, matça əlavə olunmuş dəqiqələrdə isə qələbə topunu vurub.
Autsayder "Zaqatala" cari mövsümdə ilk xalını qazanmağa yaxın olub. Düzdü, bütün qolların fasilədən sonraya təsadüf etdiyi görüşdə hesabı "Mil-Muğan" açıb. Ancaq zaqatalalılar tezliklə tarazlığı bərpa edib. Sona 10 dəqiqə qalmışa kimi hesab dəyişməyib. Bununla belə, İmişli təmsilçisi qələbə topunu vura bilib.
Nəhayət, son çempion “Turan Tovuz"la "Sabah" qarşılaşıb ki, qərb təmsilçisinin meydanında baş tutan oyunda darmadağın qeydə alınıb. Əsgər Abdullayevin komandası paytaxt təmsilçisinin qapısından 4 cavabsız top keçirib.
Birinci divizion
1-ci dövrə, 6-cı tur
2 noyabr

Mil-Muğan – Zaqatala 2:1
Elmir Sulxayev, 57-öz qapısına. Elxan Məmmədov, 80 - Vəzir Musayev, 65.
Şüvəlan – Qaradağ Lökbatan 1:2
Mirkamil Həşimli, 8 - Coşqun Süleymanov, 88. Sabir Allahquliyev, 90+4.
Turan Tovuz – Sabah 4:0
Emin Zamanov, 31. Elnur Səmədov, 56; 89. Ziyabil Məmmədov, 90+3.
Tura bu gün yekun vurulacaq:
3 noyabr
Xəzər – Binə
Hakimlər: ÖMƏR PAŞAYEV, Vüqar Bayramov, İsgəndər Əliyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Azad Mütəllimov.
Şüvəlan. AZAL Arena. Saat 15.00
Ağsu – MOİK
Hakimlər: ORXAN MƏMMƏDOV, Elman Musayev, Vüsal Qənbərov, Vüqar Həsənli.
Hakim-inspektor: Ramiz Əsədov.
Ağsu. Şəhər stadionu. Saat 15.00
1. Qaradağ Lökbatan 6 5 1 0 10-4 16
2. MOİK 5 3 1 1 7-4 10
3. Turan Tovuz 6 3 1 2 10-9 10
4. Xəzər 5 2 2 1 7-3 8
5. Sabah 6 2 1 3 7-7 7
6. Binə 5 2 1 2 7-4 7
7. Şüvəlan 6 2 1 2 7-6 7
8. Ağsu 5 2 1 2 7-9 7
9. Mil-Muğan 6 2 1 3 8-11 7
10. Zaqatala 6 0 0 6 2-15 0
Bombardir: Elnur Səmədov (Turan Tovuz) - 6.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR