Sizin reklam burada

“Maraqlıdı, görəsən, Qurbanova xaricdən təklif gəlib?”

Müəllif: football Tarix: 2-11-2017, 17:51 683 Baxış
“Maraqlıdı, görəsən, Qurbanova xaricdən təklif gəlib?”
Postsovet məkanı “Qarabağ”ın uğurunu sevinclə qarşıladı
“Qarabağ”ın “Vanda Metropolitano”dakı qəhrəmanlığı azərbaycanlı futbolsevərləri nə qədər sevindirdisə, MDB məkanında yaşayan futbol azarkeşlərini bir o qədər təəccübləndirdi. Qurban Qurbanovun komandasının Madirddə “Atletiko”dan xal alması sports.ru saytının şərhlər bölməsində gecənin ən çox müzakirə olunan mövzusu oldu. Çox qəribədi ki, hətta ruslar belə, “köhlən atlar”ın “hindular”la heç-heçə etməsinin ÇSKA-nın səfərdə “Bazel”dən 3 xal almasından daha uğurlu nəticə olduğunu qeyd ediblər. Həmin şərhlərin bəziləri ilə sizləri də tanış edirik.
Stav1777: “Kənardan baxanda mənə elə gəlir ki, Simeone “Atletiko”da işləməkdən yorulub. Tezliklə istefa versə, heç təəccüblənmərəm. Açığı, rəhbərlik etdiyi komandanın azlıqda qalan “Qarabağ”a ikinci topu vura bilməməsini ona yaraşdırmadım”.
Waldemar: “Fərqi yoxdu, “Qarabağ” meydanda hansı əzmkarlıqla mübarizə apardı. “Atletiko” hər iki oyunda böyük hesabla qalib gəlməyə borclu idi. Bunu edə bilməyiblərsə, deməli, komandada problem var. Kimdi günahkar? Futbolçular, yoxsa baş məşqçi? Bunu artıq klub rəhbərliyi müəyyən etməlidi. “Atletiko”nun Azərbaycan klubuna iki oyunda cəmi 1 qol vurması rəsmilər üçün həyəcan siqnalı olmalıdı”.
Sergey Zubakin: “Təbrik edirəm! Kişilər, futbolu necə oynamaq lazım olduğunu “Qarabağ”dan öyrənə bilərsiz. Hələ gec deyil”.
Dmitri1: “Qrizmannda günah yoxdu. Müdafiə və qolkiper çox gözəl oynadı”.
Majidov: “Qarabağ” artıq hamını özünə hörmətlə yanaşmağa məcbur edir”.
Stas Milevschii: “Plyaj komandası “Atletiko”du. Azərbaycan təmsilçisi isə əsl qəhrəmandı”.
Random Guy: “Atletiko”nun ehtiyat oyunçular skamyasına baxın, bir də “Qarabağ”a. Simeonenin yanında hərəsi bir klubda lider oila biləcək oyunçu var. Bəlkə klub rəhbərliyi növbəti mövsümdən büdcəni “Qarabağ” kimi 17 milyona salsın? Onda Qrizmann da qol vura biləcək, o biriləri də”
Blin: “Bu il Çempionlar Liqasının iki üzqarası var. Biri “Atletiko”, o birisi isə “Benfika”.
Zuba osvobojdennıy: “Eyni vaxtda həm “Bazel” – ÇSKA, həm də “Atletiko” – “Qarabağ” oyununa baxırdım. Sonda ikinciyə üstünlük verdim. Halaldı Azərbaycan klubuna. Məncə, ÇSKA-nın qələbəsindənsə, “Qarabağ”ın Madirddə qazandığı 1 xal daha dəyərlidi. İsveçrə klubu hara, İspaniya təmilsçisi hara”.
Dmitri Qorbunov : “Gözlərimə inanmıram. “Qarabağ” səfərdə “Atletiko”dan xal aldı? Məncə, İspanıya futbolu üçün bundan utandırıcı heç nə yoxdu”.
Genbı: “Torres, deyəsən, meydana qol vurmağa yox, keçilməz olan Şehiçi zədələməyə çıxıb. “Körpə” də özünü kişi sayır”.
Ayzenk: “Azərilər, bizi məyus etməyin. Əzin özündənrazı ispanların burnunu”.
Kaplan-75: “Simeone texniki zonada klounluq etdiyi vaxtda “Qarabağ”ın baş məşqçisinin mimikası heç dəyişmədi. Mənə elə gəlir, Qurbanov hətta heç-heçədən narazı idi. Əks halda “Qarabağ”ın baş məşqçisinin heç olmasa, final fitindən sonra simasında razılıq hissləri görünərdi. Maraqlıdı, görəsən, Qurbanova xaricdən təklif gəlib? Gəlməyibsə, deməli, klub funksionerlərinin gözü kor, qulaqları kardı”.
Serxio Roberto: “Qarabağ” ilk hissədə elə oynayır ki, sanki qonaq onlar yox, “Atletiko”du. Bax, əsl sensasiya budu”.
Respekt_my_autorit: “Vaxtilə “Rubin” “Barselona”nın qənimi olduğu kimi, “Qarabağ” da “Atletiko”nun kabusuna çevrilib”.
Jakson 18: “Top-komanda adı daşıyan “Atletiko” 3 xal hava-su kimi lazım olduğu matçda erkən qol vura bilmirsə, deməli, Simeone ilə Qrizmann yola salınmalıdı”.
RƏŞAD hazırladı
SON XƏBƏRLƏR