Sizin reklam burada

"Şüvəlan" lideri dayandıra biləcəkmi?

Baxış Sayı:713

"Şüvəlan" lideri dayandıra biləcəkmi?
Bu gün birinci divizionda növbəti tura start veriləcək. İki günə sığacaq 6-cı turun ilk oyun günü 3 matç keçiriləcək. "Mil-Muğan" autsayder “Zaqatala”nı sınağa çəkəcək. Lider "Qaradağ Lökbatan" isə son vaxtlar inamlı çıxış edən, ötən tur "Binə"ni məğlubiyyətə uğradan "Şüvəlan"ın qonağı olacaq. Son çempion, cari mövsüm heç də inamlı çıxış etməyən "Turan Tovuz" doğma meydanda "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək.
Birinci divizion
1-ci dövrə, 6-cı tur
2 noyabr
Mil-Muğan – Zaqatala
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Mehman Mahmudov, Rahil Ramazanov, Emin Nağıbəyov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
İmişli. Heydər Əliyev adına şəhər stadionu. Saat 15.00
Şüvəlan – Qaradağ Lökbatan
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Rüfət Əliyev.
Şüvəlan. AZAL Arena. Saat 15.00
Turan Tovuz – Sabah
Hakimlər: RƏHİM HƏSƏNOV, Yaşar Abbasov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Əvəz Şıxıyev.
Tovuz. Şəhər stadionu. Saat 15.00
1. Qaradağ Lökbatan 5 4 1 0 8-3 13
2. MOİK 5 3 1 1 7-4 10
3. Xəzər 5 2 2 1 7-3 8
4. Sabah 5 2 1 2 7-3 7
5. Binə 5 2 1 2 7-4 7
6. Şüvəlan 5 2 1 2 6-4 7
7. Turan Tovuz 5 2 1 2 6-9 7
8. Ağsu 5 2 1 2 7-9 7
9. Mil-Muğan 5 1 1 3 6-10 4
10. Zaqatala 5 0 0 5 1-13 0
Bombardir: Elnur Səmədov (Turan Tovuz) - 4.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR