“Qarabağ”ı nə “Səbail”, nə də hakim saxlaya bildi
37.Qarabağ (Ağdam) – Səbail (Bakı) 1:0 (0:0)
13. İbrahim Şehiç – 5,5
25. Ansi Aqolli – 4,5
2. Qara Qarayev – 5,5
32. Elvin Yunuszadə - 5,5
21. Arif Daşdəmirov – 5,0
(22. Əfran İsmayılov, 83) – qiymətsiz
8. Miçel – 5,5
91. Coşqun Diniyev – 5,5
(5. Maksim Medvedev, 73) – 5,0
11. Mahir Mədətov – 5,5
20. Riçard Almeyda (k) – 6,0
10. Pedro Enrike – 5,0
(99. Dani Kintana, 26) – 5,5
9. Dino Ndlovu – 5,0
Ehtiyat oyunçular:
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
19. Famil Camalov
30. Abbas Hüseynov
44. Ağabala Ramazanov
90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Riçard Almeyda

1. Emil Balayev – 5,0
26. Kamal Qurbanov – 4,5
3. Tamazi Tsetsxladze – 5,0
99. Maudo Jarjue – 5,5
20. Eltun Yaqublu (k) – 4,5
4. Amit Quluzadə - 5,0
(8. Aqşin Muxtaroğlu, 53) – 4,5
6. Murad Ağayev – 5,0
21. Murtuz Abakarov – 4,5
17. Vüqar Nadirov – 4,5
(77. Təyyar Məmmədov, 90+1) – qiymətsiz
69. Renan Telles – 4,5
18. Adrian Popoviçi – 5,0
(10. Nurlan Novruzov, 81) – qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
14. Yamin Ağakərimzadə
23. Ayron Stati
35. Eqdaras Zarskis
66. Pərviz Qaraxanov
88. Orxan Qurbanlı
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Maudo Jarjue
Qol: Ə.İsmayılov, 89 (1:0).
Vərəqələr: P.Enrike, 15 (hakimi aldatmağa cəhd). A.Aqolli, 31 (hakimin qərarına etiraz). K.Qurbanov, 64 (qeyri-idman hərəkəti). M.Mədətov, 80 (hakimin qərarına etiraz). M.Abakarov, 89 (qeyri-idman hərəkəti) - sarı. A.Aqolli, 43 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Nüvər Xasıyev (Bakı).
27 oktyabr. Suraxanı. Azərsun Arena. 900 tamaşaçı (5700 yerlik)
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub
Oyunun qiyməti: 6,0.
“Qarabağ” hara, “Səbail” hara? “Qarabağ” 3-4-nü vurub yola salacaq” – təkcə stadiona birgə getməsini istədiyim dostum Vüsal bu fikirdə deyildi. Yüzlərlə, bəlkə də minlərlə belə düşünənlər vardı. Səbəbsiz deyil. Meydanın bir tərəfində 10 gün əvvəl “Atletiko”yla heç-heçə edən, digər tərəfində isə elitanın nə olduğunu indi-indi hiss edən komandadısa, bu fikrə düşənləri anlamaq çətin deyil.
“Qarabağ” ilk dəqiqələrdə ikiaylıq fasilədən sonra qayıtdığı stadionda özünə bənzəmirdi. Çaşğın, çəkingən “köhlən atlar” bununla rəqibin rahat hərəkət etməsinə şərait yaradırdı. “Səbail”in oyunu müdafiədən qurub əks-hücumlara bel bağlaması heç kimi təəccübləndirmədi. Təəccüblü olan meydan sahiblərinin tutarlı hücum qura bilməməsi, qol vəziyyətlərini boşa verməsiydi. 8 və 20-ci dəqiqələrdə Miçel əlverişli şansları qaçırandan sonra azarkeşlər vurulmayan qolların acısını çəkirdi ki, üstəlik yersiz zədə alan Enrike vaxtından əvvəl əvəzlənməli oldu. Qol vurmaq üçün irəli atılan ağdamlılar 25-ci dəqiqədə Riçardın, 32-ci dəqiqədə Mahirin ifasında qola yaxın olsa da, Emil Balayev səhvsiz oynadı. İlk yarının sonlarına yaxın isə oyun qızışdı. 41-ci dəqiqədəki əks-hücum zamanı Vüqar sabiq komandasını cəzalandırmağa yaxın oldu. Şehiçdən soldakı dirək Nadirovun sevinməsinə mane olsa da, 2 dəqiqə sonra Rəvan Həmzəzadə həm onu, həm də komanda yoldaşlarını sevindirdi. Baş hakim Aqolliyə ikinci sarı vərəqəni göstərib birbaşa paltardəyişmə otağına göndərdi. Sonuncu saniyələrdə Kintananın az fərqlə qapının yanından keçən zərbəsi də yaddaqalan oldu.
“Qarabağ”ın azlıqda qaldığını, həm də ilk hissədə qol vurulmadığına görə psixoloji gərginliyin yaranacağını nəzərə alan Samir Əliyevin fasilədən sonra yetirmələrinə fərqli tapşırıq verəcəyi gözlənilirdi. Lakin ikinci hissə başlayan kimi “Səbail” tam qüvvə ilə geri çəkildi. Məqsəd qapıdan qol buraxmamaq idi ki, çempiona bu cür boşluq vermək , üzərinə gəlməsinə şərait yaratmaq kökündən yanlış taktiki tapşırıq idi. Bunun nəticəsidi ki, ikinci 45 dəqiqə ərzində qonaqlar Şehiçi bir dəfə də narahat edə bilmədi. Əvəzində Miçel, Dino və Mahir üst-üstə səkkiz qol imkanını boşa verdi. Ağdamlıların sevinəcəyinə şübhə yox idi. Odu ki, hesab hələ 80-ci dəqiqədə açıla bilərdi. Kintana cərimə meydançası daxilində rəqibdən sıyrılsa da, Murad Ağayev ispanı aşkar kobudluqla dayandırdı. Buna qədər Aqollini meydandan qovan, Enrikeyə yersiz vərəqə göstərən hakim “nöqtə”ni göstərməyincə əsəblər tarıma çəkildi. Qurban Qurbanov kimi səbirli adam özündən çıxdı, futbolçular Həmzəzadənin üzərinə şığıdı. Ədalət Tanrısı bu yerdə də özünü göstərdi. Oyuna sonradan qoşulan Əfran İsmayılov cərimə zərbəsindən mükəmməl qola imza atmaqla həm haqsızlıq edən referini, həm də 1 xal qazanmaq üçün əlindən gələni edən “Səbail”i susdurdu. Hakimin final fitindən sonra ağdamlıların sevinci yerə-görə sığmırdı. Hər halda, 50 dəqiqədən də artıq müddətdə bir nəfər azlıqda oynayıb, sonda qələbə qazanırsansa, sevinməyə dəyərdi.
HƏBİB

Gözdən qaçmadı
* 43-cü dəqiqədə Ansi Aqolli meydandan qovulanda Qurban Qurbanovun tükü də tərpənmədi. Təmkinini qoruyan “Qarabağ”ın baş məşqçisi nə Rəvan Həmzəzadəyə irad bildirdi, nə də alban müdafiəçiyə. Sanki hər şey qaydasındaymış kimi, Riçarda Ansinin mövqeyinə çəkilməyi tapşırdı.
* Fasilədə “Qarabağ” azarkeşi ilə polislər arasında münaqişə yaşandı. Polis fanata nə demişdisə, o özünə gələ bilmirdi. Elə hey onu sakitləşməyə çalışanların əlindən qurtulub polisə hücum etməyə çalışırdı. Maraqlıdı ki, özündən çıxan tərəfdar bölməyə aparılmadı. Əsəbləri soyuyandan sonra tribunadakı yerini tutdu.
* 53-cü dəqiqədə Vüqar Nadirovun əvəzinə meydana Aqşin Muxtaroğlu daxil olanda stadionun diktoru Ramiz Qafarov növbəti “quşlardan birini uçurtdu”. Stajlı diktor “Səbail”in futbolçusunu “Aqşin Muxtar” kimi təqdim etdi.
* İkinci hissənin gedişində “Səbail”in kapitanı Eltun Yaqublu qolundan xəsarət aldı ki, həkimlər onu meydandan çıxarıb qapının arxasında kömək göstərdi. Və çox keçmədən Eltun oyuna qoşulmağa hazır olduğunu deyib, qapının yanından meydana ayaq basmaq istəyirdi. Bir neçə dəfə hakimi səsləsə də, komanda yoldaşlarından kimsə ona yalnız yan xətdən qazona ayaq basa biləcəyini deyəndən sonra Həmzəzadə Yaqubluya “gir” işarəsi verdi.
* 89-cu dəqiqəyə kimi oyun öz axarıyla gedirdi. Yalnız həmin dəqiqədə futbolçular bir-birinə “girdi”. Abakarov Kintanaya qarşı aşkar kobudluq edincə özündən çıxan Miçel gənc futbolçunun üzərinə şığıyıb onunla kəllə-kəlləyə gəldi. Yaxınlıqdakılar aralamasaydı, Murtuzu ispanın əlindən almaq çətin olacaqdı.
* Əfran qol vurandan sonra “Qarabağ”ın ehtiyat oyunçular skamyasında yer alanların sevincini görməyə dəyərdi. Hakimlərin qərarlarından boğaza yığılan Pedro Enrike qolu özünəməxsus şəkildə qeyd etdi. Yaxınlıqdakı laysmana yaxınlaşıb sanki tribunadakılara əl çalırmış görkəmini yaratdı. Daha sonra laysmanın arxasına keçib “qol, qol” qışqırdı ki, o anı görənlər xeyli güldü.

Son xəbərlər

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Bütün xəbərlər