TRANSFER DOSYESİ - YENİLƏNİR

7.02.2023 12:47 259
Premyer-liqa / Manşet
Hazırda Azərbaycan premyer-liqasında qış “transfer pəncərəsi” davam edir. Fürsətdən yararlanan klublar həm heyəti “təmizləmək”, həm də gücləndirmək istiqamətində addımlar atır. Qış “transfer pəncərəsi” yanvarın 10-da açılıb və fevralın 9-da bağlanacaq.

Qarabağ
Gələnlər: Adama Diakabi (“Amyen”, Fransa), Redon Cica (“Tirana”, Albaniya), Yassin Benzya (“Dijon”, Fransa)
Gedən: Kadi Borges (“Krasnodar”, Rusiya)


Sabah
Gələn: yoxdu
Gedənlər: Abdulla Rzayev, İdris İnqilablı (“Kəpəz”, hər ikisi icarə), Aleksandr Neçayev , Abdulla Xaybulayev (“Samtredia”, Gürcüstan)


Neftçi
Gələnlər: Höccət Haqverdi (Sumqayıt), Kilan Lebon (“Astana”, Qazaxıstan), Mateus Saldanya (“Çendu Sinçen”, Çin)
Gedənlər: Yusuf Laval (“Aroka”, Portuqaliya), Mamadu Mboc, Qodsvey Donyo (“Apollon”, Cənubi Kipr)


Zirə
Gələnlər: Vladislav Kulaç (“Dinamo”, Kiyev/Ukrayna), Vild-Donald Gerye (“Olimpiakos”, Cənubi Kipr), Abbas İbrahim ("Aroka", Portuqaliya)
Gedənlər: Təmkin Xəlilzadə, Nemanya Andelkoviç


Qəbələ
Gələn: Əyyub Allaş ("Virton", Belçika)
Gedən: yoxdu

Turan Tovuz
Gələnlər: Denis Marandiçi (“Selye”, Sloveniya), Belajdi Pusi, (“Şkenderbü”, Albaniya)
Gedən: İmeda Aşortiya


Şamaxı
Gələnlər: Emin Zamanov (Səbail), Əli Səmədov, Zahid Mərdanov (hər ikisi “Kəpəz”)
Gedənlər: Adil Nağıyev (Səbail), Abdulla Rzayev, Uğur Cahangirov, Mirəli Əhmədov (Səbail)


Sumqayıt
Gələnlər: Terrens Tisdel (“Botoşani”, Rumıniya), Dieqo Karioka (“Kolos”, Ukrayna), Masaki Murata (“Valmiera”, Latviya), Kərim Abubakar (“Bney Yehuda”, İsrail)
Gedənlər: Ture Ouro-Nil, Damyan Daniçiç, Vüqar Bəybalayev, Rifat Nurmuqamet, Araz Abdullayev, Almir Aqanspahiç, Riçard Qadze, Filipe Çabi


Kəpəz
Gələnlər: Mario Mustapiç (“Rudeş”, Xorvatiya), Abdulla Rzayev, İdris İnqilablı (“Sabah”, hər ikisi icarə), Alessandro Pineyro Martins Junior (“Fabrunqas Plunqe”, Litva), Salif Sisse (“Heqelman”, Litva)
Gedənlər: Əli Səmədov, Zahid Mərdanov (hər ikisi “Şamaxı”), Peyman Keşavarzi, Rauf Əliyev, Əfran İsmayılov, Mixeil Erqemlidze.


Səbail
Gələnlər: Adil Nağıyev (“Şamaxı”, icarədən qayıdıb), David Qomis (“Pau”, Fransa), Mirəli Əhmədov (Şamaxı)
Gedənlər: Emin Zamanov (Şamaxı), Fakundo Kardozo