Avropa Kuboku: Azərbaycan sumoçuları 6 medalla 1-ci olublar

6.02.2023 15:34 234
İdman
Azərbaycanın sumo güləşçiləri Estoniyanın Vinni şəhərində böyüklər arasında keçirilən Avropa Kubokunda 3 qızıl və 3 gümüş medal qazanıblar.

Football-plus.az xəbər verir ki, Camal Feyziyev (mütləq çəki və +115 kq) və Röyal Ağamalıyev (85 kq) qızıl, Sadiq Ağamalıyev (115 kq), Cavid Mustafayev (77 kq) və Xəyyam Abdullayev (70 kq) gümüş medala sahib çıxıblar.

Azərbaycan yığması komanda hesabında 1-ci olub.