Sizin reklam burada

Uşaq futbolunda premyer-liqa hakimləri

Baxış Sayı:649

Uşaq futbolunda premyer-liqa hakimləri
Xaqani Məmmədova bir-iki kəlmə
Son iki həftədə uşaq futbolundakı nöqsanlara toxunmağımız, deyəsən, AFFA-da oturanları “yuxudan ayıltmaqdadı”. Amma adamlar qlobal problemləri bir yana qoyub, çətinlikləri dəxlisiz məsələ - hakimliklə ört-basdır etmək istəyirlər.
Belə olmasaydı, əldə etdiyimiz məlumata təəccüblənməzdik. Belə ki, şənbə günü U-11 və U-13 liqalarında baş tutan qarşılaşmaları premyer-liqadan olan ədalət təmsilçiləri idarə edib. Konkretləşdirsək, “Dalğa Arena”da hərəsi 20 dəqiqədən ibarət olan 4 qarşılaşmada Ramil Diniyev fit çalıb. Bir o qədər matçda isə Rauf Cabbarov əsas söz sahibi olub. Maraqlıdı ki, təyinat alanlar təkcə baş hakimlər olmayıb. Premyer-liqa görüşlərində yan xətt hakimi kimi görməyə alışdığımız Azər Əsgərovla Yaşar Abbasov da gələcəyin futbolçularını qaydalar çərçivəsində oynamağa məcbur edib.
Maraqlısı odu ki, Azər Əsgərov xaric, digərləri premyer-liqanın 9-cu turunda iş başında olub. Ramil Diniyevin idarə etdiyi “Səbail” – “İnter” qarşılaşmasında Yaşar Abbasov köməkçi funksiyasını daşıyıb. Rauf Cabbarov isə turun mərkəzi oyunu sayılan “Qəbələ” – “Qarabağ” matçına dördüncü hakim kimi təyinat alıb.
“Uşaq futbolunda təcrübəli hakimlərə nə ehtiyac var” sualına ən dolğun cavabını Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan ala bilərdik ki, o, zənglərimizi cavabsız qoydu. Onsuz da qəzetimizin hər sayını, xüsusilə hakimlərə aid olan yazıları diqqətlə oxuyur. Sədrin nəzərinə çatdıraq ki, uşaq futbolu təkcə Bakıdakı komandalardan ibarət deyil. Müxtəlif rayon və şəhərlərdə də gələcəyin futbolçuları yetişir. İmkanınız olanda tanınmış hakimlərdən bir-ikisini regionlara da göndərin. Xüsusilə premyer-liqada təmsilçisi olmayan rayonlara. Hə, bir də onsuz da elitada fit çalan hakimləri əvəzedicilərin, birinci divizionun, U-19-un oyunlarına göndərirsiz. Burdan da aşağı yaşlıların çempionatı aktual olub. Ramil Diniyevlə Rauf Cabbarov yeniyetmələrin matçlarında söz sahibi olacaqsa, bəs gələcək gözüylə baxdığınız gənc hakimlər harda yetişsin, hardan pul qazansın? Yox, tapşırıq “yuxarıdan” gəlibsə və məqsəd valideynlərdə, biz jurnalistlərdə “AFFA uşaq futboluna da diqqət ayırır” fikri formalaşdırmaqdısa, seçdiyiniz yol səhvdi. Öncə meydançaları “sintetika”dan təbiiyə çevirsinlər, klublara vahid akademiya yaratmaq tapşırığı versinlər, təhsillə futbolun toqquşmamasının qarşısını alsınlar, ondan sonra hakimliyə “əl gəzdirərlər”. Sizə o tapşırığı verənlərə elə belə də deyin.
HƏBİB

Oxşar xəbərlər
{related-news}
SON XƏBƏRLƏR