Sizin reklam burada

Yığma üzvlərindən məhsuldar çıxış

Baxış Sayı:692

Yığma üzvlərindən məhsuldar çıxış
Qadın voleybol yığmamızın üzvü Alyona Həsənovanın şərəfini qoruduğu “Le Kann” Çempionlar Liqasıyla vidalaşıb. Fransa təmsilçisi 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində evdə Belarus “Minçanka”sıyla bacarmayıb - 2:3 (22:25, 27:25, 25:22, 26:28, 13:15). Həsənovanın 13 xalı qələbə üçün kifayət etməyib. Xatırladaq ki, fransızlar ilk görüşdə də səfərdə eyni hesabla uduzmuşdu.
Rusiya çempionatında 3-cü turun oyunları keçirilib. “Dinamo” Kazanda “Çelyabinsk”ə şans tanımayıb - 3:0 (25:11, 25:19, 25:18). Natalya Məmmədova 14 xalla qələbədə pay sahibi olub. “Leninqradka” mövsümdə ilk qələbəsini Yekaterinburqda “Uraloçka” üzərində qazanıb – 3:0 (25:22, 25:16, 27:25). Qonaq komandanın kapitanı Kseniya Poznyak hesabına 6 xal yazdırıb. 6 xala malik kazanlılar ilk “3-lüy”ü qapayırsa, onlardan 3 xal geri qalan “Leninqradka” 6-cı yerdədi.
Türkiyə superliqasının 2-ci turunda “Fənərbaxça” İstanbulda “Halkbank”a qalib gəlib - 3:1 (25:18, 25:19, 21:25, 25:20). Polina Rəhimova 20 xala sevinib. “Seramiksan” azarkeşləri önündə “Bursa BB”dən güclü olub - 3:2 (23:25, 25:22, 25:23, 20:25, 15:13). Odina Bayramova 18 xalla qələbədə pay sahibi olub. “Bəylikdüzü” İstanbulda “Vakıfbank”a ciddi müqavimət göstərsə də, məğlubiyyətlə üzləşib – 2:3 (16:25, 15:25, 25:23, 25:13, 9:15). Yana Kulan 31 xalla matça damğasını vurub. “Fənər” 6 xalla liderlər qrupunda qərarlaşıbsa, hesabında 4 xal olan “Seramiksan” ilk “5-liy”i qapayır. “Bəylikdüzü” 1 xalla 9-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR