Sizin reklam burada

Triatlonçumuzdan növbəti uğur

Baxış Sayı:532

Triatlonçumuzdan növbəti uğur
Triatlon yığmamızın üzvü Rostislav Pevtsov Honq Konqda təşkil olunan sprint üzrə açıq Asiya Kubokunda qızıl medal qazanıb. 750 metrlik su məsafəsini 9,33 dəqiqəyə başa vuran ukraynalı legioner 20 km velodistansiyanı 29,14 dəqiqəyə tamamlayıb. Nəhayət, yarışın son mərhələsini - 5 km qaçış zolağını 15,09 dəqiqəyə yekunlaşdıran Pevtsov ümumilikdə 56,39 dəqiqəyə finişə çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınların mübarizəsində isə Kseniya Levkovskaya 1 saat 4 dəqiqə 29 saniyəlik nəticə ilə 4-cü olub.
Xatırladaq ki, bu il Pevtsov Las-Palmasda keçirilən Avropa Kubokunda və Rabat şəhərində təşkil olunan açıq Afrika Kubokunda da qızıl medal qazanıb. Eyni zamanda Çinin Çenqdu şəhərində keçirilən Dünya Kubokunda 2-ci olub. Avropa Kuboklarının ümumi hesabında isə “gümüş”ü boynundan asıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR