Region Liqasına noyabrda start veriləcək
Yarış iştirakçılarından ödəniş tələb olunmur
AFFA-nın yeni layihəsi olan Region Liqasının hansı formatda, neçə komandanın iştirakı ilə keçiriləcəyiylə bağlı redaksiyamıza çoxlu zənglər olur. Bizdə olan məlumata görə, assosiasiya rəhbərliyi yeni layihə ilə bağlı bütün işləri millinin sabiq qapıçısı, “Səbail”in Müşahidə Şurasının üzvü Cahangir Həsənzadəyə həvalə edib. Oxucularımızın marağını nəzərə alıb, dünən Həsənzadə ilə əlaqə saxladıq və Region Liqası ilə bağlı sullara cavab tapmağa çalışdıq.
- Bizdə olan məlumata görə, Region Liqası ilə bağlı işlər sizə tapşırılıb. Bu günə kimi neçə komanda AFFA-nın yeni layihəsində iştirak etmək üçün quruma müraciət edib?
- Hazırda əlimin altında sənəd olmadığından sizə dəqiq cavab verə bilməyəcəm. Ancaq məndə olan məlumata görə, Region Liqasında iştirak etmək istəyən klubların sayı çoxdu.
- Söylənilənlərə inansaq, Region Liqasında mübarizə 3 zona üzrə keçirlicək. Bunlar hansı zonalardı?
- İştirakçı sayından asılı olmayaraq, yarışı 3 zona üzrə keçirmək istəyirik. Bunlar Bakı-Şimal, Cənub-Mərkəzi Aran və Qərb və Şimal-Qərb zonalarıdı.
- İcraiyyə Komitəsinin son iclasından sonra 3 zona üzrə 24 komandanın birincilikdə mübarizə aparacağı deyilmişdi. Söylənilən qədər komandanın iştitirak edəcəyinə inanırsız?
- Yenə deyirəm, hələ ki dəqiq say bəlli deyil. Yarışa qatılan komandaların sayı çox da ola bilər, az da.
- Həvəskarlar Liqasında iştirak üçün komandalardan müəyyən məbləğ tələb olunurdu. Region Liqasında bu məsələ necə təmzimlənəcək?
- AFFA-nın əsas məqsədi ölkədə futbolun inkişafı olduğundan, yarışa qatılacaq komandalardan ödəniş tələb olunmur.
- Bizdə olan məlumata görə, sonda Region Liqasının qalibini müəyyənləşdirmək, birinci diviziona yüksəlmək üçün mövsümün sonunda 3 zonanın qalibləri arasında oyunlar keçiriləcək. 3 komanda arasında həlledici qarşılaşmalar hansı şərtlərlə baş tutacaq?
- Hələ ki bu məsələ ilə bağlı yekun qərar verilməyib. Hər şey iştirakçı komandaların sayından asılıdı. Ola bilər, zonalarda 8, ola da bilər, 12 komanda iştirak etsin. Sayından asılı olmayaraq, final mərhələsinə vəsiqə qazanan komandalar dairəvi sistem üzrə qalibi müəyyənləşdirəcək.
- Region Liqası nə vaxt start götürəcək?
- Noyabrda turnirə start veriləcək. Çempionata qatılmaq istəyən komandalar bu ayın sonuna kimi müraciət edə bilərlər.
RƏŞAD

Son xəbərlər

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Cüdoçularımızdan Avropa turnirin ilk günündə 5 medal

Tanınmış türkiyəli forvard 4-cü divizionda oynayacaq

Ayxan Abbasov komandanı Tovuza aparır

Bütün xəbərlər