"Səbail" üçün əlamətdar hadisə

2.02.2023 12:38 251
Ölkə futbolu
Misli Premyer Liqasının 20-ci turu “Səbail”in futbolçusu Cabir Əmirli üçün yubileylə əlamətdar olub.

Football-plus.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi çempionatda 100-cü oyununu keçirib.

Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. Cabir 100 qarşılaşmada 2 qola imza atıb.

Müdafiəçi Premyer Liqada 2016/17 mövsümündə debüt edib. O, bu müddətdə 4 klubun formasını geyinib. “Keşlə”də 45 (1 qol), “Səbail”də 44 (1) dəfə şans qazanan arxa xətt oyunçusu “Sumqayıt”da 7, “Neftçi”də 4 oyuna çıxıb. Bu qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Bakı klubu qələbəsiz oyunlar və məğlubiyyət seriyalarına son qoyub.

Sonuncu dəfə 2022-ci oktyabrın 8-də “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Səbail” 115 gündən sonra 3 xal qazanıb.

Bu müddətdə 10 qələbəsiz matç keçirən komanda 2 heç-heçədən sonra ardıcıl 8 dəfə uduzub.