Sizin reklam burada

“Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq

Müəllif: football Tarix: 21-10-2017, 00:56 671 Baxış
“Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq
Yenilənmiş arena mövsümün ilk oyununa hazırdı
Təxminən 5 aylıq fasilədən sonra böyük futbol sabah Gəncəyə dönür. Ölkənin ikinci ən böyük şəhərində azarkeşlər ölkənin ən köklü iki komandasının qarşsıdurmasına şahidlik edəcək. Artıq bildiyiniz kimi, ötən mövsüm başa çatandan sonra AFFA-nın dəstəyi ilə Gəncə stadionunun ot örütüyünün yenilənməsi işinə start verildi. 1967-ci ildən bu yana ilk dəfə qazonu dəyişdirilən meydanın ilk imtahandan necə çıxacağı maraqla gözlənilir. Bundan başqa, 5 ayda “sarı-göylər”in ev oyunlarını keçirdiyi arenada müxtəlif təmir işlərinin aparıldığı da söylənilirdi.
Gəncə stadionunun son durumu ilə bağlı ətraflı bilgi almaq üçün “Kəpəz”in mətbuat katibi Azad Mustefayevlə əlaqə saxladıq: “Stadionda görülən işlər artıq ötən həftədən başa çatıb. Ot örtüyü yüksək səviyyədədi. Təmir işləri zamanı qapıların da dəyişdirilməsinə qərar verildi. “Neftçi” ilə matçda həmin qapılardan istifadə olunacaq. Stadionda aparılan işlər yekunlaşdıqdan sonra AFFA-nın maliyyə yardımı hesabına paltardəyişmə otaqları təmir olundu. Qapılar və pəncərələr dəyişdirildi, divarlar yenidən suvanraq rəngləndi. Bundan başqa, yeni kombi sistemi də quraşdılıb ki, oyundan sonra komandaların yuyunmasında heç bir problem yoxdu. Hakimlər otağında müəyyən işlər görülsə də, hələ tam yekunlaşmayıb. Yaxın vaxtlarda orda da işlər başa çatacaq. Komandanın məskunlaşdığı binada isə hələ heç bir yenilik yoxdu. Rəhbərlik ilk növbədə ot örtüyünün dəyişdirilməsinə və paltardəyişmə otaqlarının təmir olunmasına qərar verdi. İnşallah, növbəti mərhələdə ora da diqqət ayrılacaq”.
Statistikaya əsasən ötən mövsüm ən çox azarkeş “Kəpəz”in ev oyunlarında olub. Məhz gəncəlilərin sayəsində premyer-liqanın azarkeşlə bağlı göstəricisi 2017/18 “futbol ili” ilə müqayisədə daha yüksək olub. “Kəpəz”in yenidən doğma şəhərə qayıtdığını nəzərə alsaq, böyük ehtimalla, gəncələlilər yenidən bu yöndə liderliyi ələ alacaq. Bəs görəsən, “sarı-göylər”in fanatları mövsümün ilk oyununa necə hazırlaşır? Bilet satışı ilə bağlı vəziyyət nə yerdədi? Xatırladaq ki, rəhbərliyin qərarına əsasən “Kəpəz” – “Neftçi” matçını tribunadan canlı izləmək istəyənlər 1 manatından keçməlidi. Qeyd etdiyimiz məqamlara aydınlıq gətirmək üçün “Kəpəz”in azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elmar Əliyevlə danışdıq: “Bütün Gəncə səbirsizliklə bu oyunu gözləyir. Ümid edirik ki, komanda yenilənmiş arenada keçirəcəyi ilk oyunda hamımızı sevindirəcək. Fanklublarımız “Neftçi” ilə matça xüsusi hazırlaşır. Bəzi pankartlar artıq hazırdı, oyun gününə kimi daha bir neçəsi də hazır olacaq. Bilet satışına gəlincə, bu yöndə də heç bir problem yoxdu. İndi hamı oyunun başlama vaxtını gözləyir. Futbol üçün darıxan gəncəlilər üçün 1 manat verib bilet almaq problem deyil. Nə qədər azarkeş olacağına gəlincə, mənim proqnozlarım demək olar ki, həmişə özünü doğruldur. “Neftçi” ilə matçda ən azı 18 min tamaşaçısının olacağını düşünürəm. Söylədiyim rəqəmdən çox ola bilər ki, az olmaz. Hamı “Kəpəz”in əbədi rəqibini evə əliboş yola salacağına inanır”.
RƏŞAD
SON XƏBƏRLƏR