• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

“Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır?

21 okt, 17 - 00:3310 527

“Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır?
Qəzetçilik çox çətin işdi. Həqiqətən də bir qəzetin araya-ərsəyə gəlməsi üçün böyük əmək sərf olunur. Burda iş yalnız yazmaq, redaktə etmək, qəzeti çapa göndərmək və satmaq ilə bitmir. Qəzetdə elə adamlar var ki, siz onları nə görürsüz, nə də yazılarını oxuyursuz. Heç imzaları da olmur. Bunlar operatorlardı. Onlara “gözüəgörünməz qüvvə” də deyə bilərik. Düzdü, son vaxtlar elmi-texniki tərəqqi ilə bu vəzifəyə artıq ehtiyac qalmayıb. Hər kəsin fərdi kömpüteri var, hamı klaviaturada yazmağı bacarır. Amma “Futbol+”in 20 illik ömründə xeyli operatora ehtiyac duyulub. Elə vaxt olub ki, bir neçə operator birgə çalışıb. Bəlkə də məhz həmin əməkdaşlar “qəzetçilik qoxusunu” ən yaxşı duya bilənlərdi. Görəsən, onlar həmin illəri necə xatırlayır?
Esmira Xəlilova: “Mahir mənim qrup yoldaşım olub. O vaxt “Hürriyət” qəzetində işləyirdim. 1997-98-ci illər idi. “Futbol+”ə də ordan keçdim. Operator kimi çalışırdım, yazılar hazırlayırdıq. Mahir, Vüsal, Rövşən, İlkin və başqalarının yazıları əlimizin altından keçirdi. Ən yaxşı diqtə edən Mahir müəllim idi. Onu heç kimlə müqayisə etmərəm. Orda işləyə-işləyə ondan o qədər şey öyrənmişəm ki. Sonra həmin təcrübəni, öyrəndiklərimi işimdə tətbiq etmişəm. Onun redaktəsi, söz seçimi, müsahibələri həmişə gözəl olurdu. Təzə gələn uşaqlar isə zəif oxuyurdular. Səhvləri çox olurdu. Həmin illəri heç vaxt unutmaram. Maraqlı kollektivimiz var idi, gənc, həvəsli. Düzünü desəm, bir qəzetin 20 il yaşayacağını düşünməzdim. Bu ağlımın ucundan belə keçməzdi. Artıq böyük bir dövr keçib, uğurlu yol olub. “Futbol+”ə arzularım sonsuzdu. Mahir müəllim başda olmaqla hamıya uğurlar, cansağlığı arzulayıram. 30, 40, 50 illik yubileyləri qeyd edək. “Futbol+”in səsi yalnız Azərbaycandan yox, dünyadan gəlsin”.
Sənubər Kazımova: “Bu qəzetin ilk nömrəsini biz yığmışıq. O vaxt “Futbol+”in kompüteri yox idi. Biz “Hürriyyət”in kompüterində işləyirdik. Çox əziyyətlə, 6 gün işləyirdik. Jurnalistlər özləri yığa bilmirdilər. Redaksiyada kompüter qıtlığı var idi. Bütün yük bizim üzərimizdəydi. Üstəlik, Mahir bəy də bizi bazar günü də çağırırdı (gülür). Çox əsəbləşirdik. O vaxtlar çox maraqlı idi. Gözəl kollektivlə çalışırdıq. O vaxt insanlar gözəl, münasibətlər də səmimi idi. Ən çox Mahir bəy yazı yığdırırdı. Mən də onu qıcıqlandırırdım, xətrinə dəyirdim. Bazar günlərinin hirsini ondan çıxırdım. Rəşad, Vüsal və Rövşən çox utancaq oğlan idi. Qızarır, başlarını aşağı salırdılar (gülür). Biz onlara kömək edirdik. Çünki qaydaları yaxşı bilirdik. Rövşənin diqtəsi çox ağır idi. Düzünü deyim, mən “Futbol+”ə hər zaman qısqanmışam. Bizim ailədə hər zaman birinci yerdə bu qəzet olub. Mahir bəy vaxtının 100 faizini o qəzetə sərf edib və davam edir. Yarımsaat, bir saat evdə olur, həmişə qəzet haqda danışır. Davalarımız da olub bununla bağlı. Çox səmimi deyim, əsəbləşsə də, Mahirin ailəsi qəzet olub. Bu, əsl övlad sevgisidi. Onun çalışqanlığını, əməyini görəndə fikirləşirdim ki, bu qəzet 20 il yox, daha uzunömürlü olacaq. Hərdən ondan övladlarımızın yaşını soruşuram. Vaxt olur ki, deyə bilmir. Çünki fikri-zikri qəzetdi (gülür). Qəzetə daha uzun ömür arzulayıram. Mahirin əməyi yerdə qalmasın. Biz o vaxt necə mehriban idiksə, kollektivə də eyni mehribanlıq arzulayıram. Orda xeyli jurnalist yetişib. Qısqansam da, çox qürurlanıram. Bu qəzetin adı daha da ucalardan gəlsin. O vaxt toyumuzda Zeynal müəllim çıxış edəndə demişdi ki, Mahir, sən ölkədə olmayan şeydən, yəni futboldan yazırsan. Həmin sözləri heç vaxt unutmaram. Amma uğurlar gəldi, Mahir qəzeti ən yüksək səviyyədə qurdu. Hamınıza uğurlar diləyirəm”.
Könül Niftəliyeva: “Məni tarixə qaytardız. O vaxtları çox yaxşı xatırlayıram. Hər şey əla idi. Düzdü, arada davalarımız, söz-söhbət də olurdu (gülür). 2003-cü ildən 2008-ə qədər orda işləmişəm. Əvvəlki kollektiv çox yaxşı idi. Yeni gələndə mənim üçün yazı yazmaq çox çətin idi. Sonra Xəyalə mənə kömək etdi, öyrəşdim. Gecə 12-yə qədər qalırdım. Metroya güclə çatırdım. O vaxt yazını ən ləng diqtə edən Mehman idi. O bizim ömrümüzü çürüdürdü (gülür). Saat 12-yə kimi ona görə qalırdıq. Mahir müəllim o vaxt növbətçilik sistemi yaratmışdı. Həftədə bir dəfə növbətçi olurduq. Orda iş yoldaşım Röyal var idi. Onunla birlikdə Tahirin başına oyunlar açırdıq (gülür). Deməli, bir dəfə Röyal mənimlə Tahirin şəklini düzəltmişdi. Güya mən gəlinəm, Tahir də bəy. Onu otağın divarına vurmuşdu. Arxamızda da Polad Ələmdar var idi. Çox dəhşətli dava-qırğın olmuşdu. Tahiri dəli eləmişdik. Mahir müəllim də deyirdi ki, Tahirin ürəyi zəifdi, bir gün sizin əlinizdən öləcək (gülür). Xatirələr çoxdu. Mən “Futbol+”in onilliyində olmuşam. İstərdim ki, 20 illiklə bağlı tədbir olsun, köhnə uşaqlar yığışsın. Çox sevinərəm. Qəzetə uzun ömür arzulayıram. Qələminiz iti olsun”.
Səlminaz Qasımova: “2001-dən 2006-ya kimi çalışmışam. Çox yaxşı illər keçirmişəm orda. Ağır iş rejimi olsa da, kollektivimiz gənc və çalışqan idi. Münasibətlərin xoşluğu bizə işin ağırlığını unutdururdu. Ən asan yazılar daxili şöbədə olurdu. Uşaqlar mətni səlis diqtə edirdilər. Ən pis oxuyanlar isə Natiq və Mehman idi. Həm də yazıları çox olurdu. Xatirələrim çoxdu. İndi bir-biri xatırlaya bilmərəm. İşdən ayrılandan sonra da köhnə uşaqlarla danışırıq. Müxtəlif tədbirlərdə üz-üzə gəlirik. Əlaqələrimiz yaxşıdı. “Futbol+” qəzetinə uğurlar diləyirəm. Mahir müəllimə çox böyük hörmətim var. Çox savadlı və yaxşı insandı. Onun əməyi çox böyükdü. Odu ki, bu liderliyi hər zaman əlində saxlasın”.
ŞƏFİ ŞƏFİYEV

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
“Futbol kasıbların oyunudu” - Qurban Qurbanov
backend
Aslan Şahgəldiyev Ramin Musayevin ayağını tapdalayıb
backend
“Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi
backend
Baş infeksionistdən cavab gözləyirəm
backend
Hər kəsin vəfa borcu və ya yolumuzun davamı
backend
Yüzlərlə təbrik...
backend
Faiq Hüseynov azərbaycanlı futbolçuları ərəblərə təklif edə bilmir
backend
KİVDF yenə ədalətsiz qərar verdi
backend
“Futbol+”in baş redaktoru yenə KİVDF-yə müraciət etdi
backend
“Futbol+”ə yardım et, haqqın yanında ol!
backend
“Futbol+” yaşamalıdı ki...
backend
Tək deyilik, yanımızdadılar...
backend
“Hamı bilir ki, ölkədaxili yarışlarda mənim üçün bir komanda var - "Neftçi"
backend
KİVDF-dən “Futbol+”ə daha bir “yox” cavabı gəldi
backend
“Heç kim bizə qara qəpik də verməyib”
backend
Azərbaycanın idman ictimaiyyətinə müraciət
backend
“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi
backend
Yaşa, yaşa, çox yaşa!
backend
“Futbol+” ilə vidalaşarkən...
backend
Ozobiç Almeyda ilə müqayisə olunmaq istəmir
backend
“Kəpəz”də biletlə bağlı növbəti biabırçı səhv
backend
“Neftçi”nin yeni prezidenti ilk müsahibəsini “Futbol+”ə verdi
backend
“Kəpəz” rəhbərliyinin növbəti hoqqası
backend
Gecikmiş yubiley yazısı
backend
“Bəzən elə narazılıqlar olur ki, ona necə cavab verəcəyini bilmirsən”
backend
Qurban Qurbanov heç kimi göndərmək istəmir
backend
Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı
backend
Kubada tərcüməçi işləmiş həmkarımız dövrləri müqayisə etdi
backend
"21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER
backend
Ən operativ jurnalist 40-ı geridə qoydu
backend
“O zaman idman jurnalistləri daha çox tanınırdı, onların yazılarına maraq daha böyük idi”
backend
20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs
backend
Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu
backend
“Futbol+”in işi klubların gözündə
backend
“Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm”
backend
20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu
backend
Mən və “Futbol+”...
backend
“İticket” yaxasını məsuliyyətdən kənara çəkdi
backend
“Qarabağ”ın azarkeşləri Zabit Səmədov seçimiylə razılaşmır
backend
Macəra dolu ...20 il

GÜNÜN XƏBƏRİ

backend
“Sabah”a niyyət, “Qarabağ”a qismət
16 may, 22 - 19:5693

XƏBƏR LENTİ

Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb
22:5316 may
"Qarabağ"ın futbolçusu milliyə dəvət edildi
22:3516 may
Millimiz Gürcüstana uduzdu
22:1216 may
Ten Haq Ronaldonu komandada saxlamaq istəyir
21:5516 may
"Yuventus" Qabrieli transfer edə bilər
21:3316 may
"Qarabağ"ın legioneri Millətlər Liqasının oyunlarına çağırılıb
21:1516 may
“Barselona” daha bir müqavilə hazırlığı
20:5016 may
Bundesliqada ən yaxşı seçildi
20:2816 may
Simeone "Atletiko"da qalacaq
20:0716 may
“Sabah”a niyyət, “Qarabağ”a qismət - ÖZƏL
19:5616 may
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”nin tərəfdaşı oldu
19:4816 may
Mbappe "Real"da bu qədər qazanacaq
19:3516 may
Türk boksçu rinqdə öldü
19:1316 may
"Barselona" "Vulverhempton"dan oyunçu alır
18:5316 may
Azərbaycan derbisinin qiyməti 5 manat
18:2016 may
Millimiz Latviya ilə qarşılaşacaq
18:0916 may
Millinin üzvü “Sabah”ın hədəfində - ÖZƏL
18:0016 may
Van Anholt əsəbləşdi, Arda onu sakitləşdirdi
17:4616 may
FİFA hakimi testlərdən keçə bilmədi
17:3016 may
''Fənərbaxça'' ilə Jezuş hansı məsələdə anlaşa bilmir?
17:0316 may
Suares "Atletiko" ilə vidalaşdı
16:4816 may
Azərbaycan tarixində 27-ci qrossmeyster
16:2716 may
"Turan Tovuz"un baş məşqçi postuna daha bir namizəd - ÖZƏL
16:0916 may
Maydan sonra futzal millimizi kim çalışdıracaq? - ÖZƏL
15:5716 may
Namik Ələskərov "Bursaspor"dan gedir
15:5216 may
Di Mariya "Yuventus"a keçə bilər
15:3316 may
"Alaves" də La Liqanı tərk edir
15:1816 may
"Qarabağ" - "Neftçi" matçının başlama vaxtı bəlli oldu
14:5416 may
Son turun təyinatları açıqlandı
14:4416 may
“Son 10 ildə bu işə böyük pullar qoymuşuq” - AÇIQLAMA
14:4316 may
"Avropa, güclü dayan, "Qəbələ" gəlir" - AÇIQLAMA
14:3616 may
Svitolina rusları qəzəbləndirdi - AÇIQLAMA
14:1016 may
Azərbaycanlı şahmatçı İtaliyada yarışda iştirak edəcək
13:5416 may
"Bu qələbə inanmayanlara gəlsin" - Asif Məmmədov
13:4516 may
Millimiz Polşada təlim-məşq toplanışı keçir
13:3216 may
Qazaxıstandan Azərbaycan millisi üçün şad xəbər
13:1016 may
“Maşın etibarlı, ancaq ləng olsaydı, nə faydası olacaqdı?!” - MÜSAHİBƏ
12:5216 may
"Sabah"dan qeyri-adi etiraz - VİDEO
12:3116 may
Türkiyə klubundan azərbaycanlı qazilərə jest - FOTOLAR
12:2116 may
MHL-in rekordçusu karyerasını bitirdi
12:1116 may
"Qarabağ" Azərbaycan futbolunda əsrin rekorduna imza atdı
11:5016 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə