Sizin reklam burada

Boris Xetaqurov da bizi təbrik etdi

Baxış Sayı:11 444

Boris Xetaqurov da bizi təbrik etdi
“Futbol+”in sadiq oxucularından biri də illərini futbola fəda etmiş Boris Xetaqurovdu. “Neftçi” 1966-cı ildə “bürünc” qazandığı mövsümdə tanınmış həkim də “ağ-qaralar”ın sırasındaydı. Qəhrəmanlardan bir çoxu haqq dünyasına qovuşsa da, Boris Nanayeviç sağdı və hələ də “Futbol+”i oxuyur. Yubiley gününün yaxınlaşdığından xəbər tutan Xetaqurov qəzetimizin elektron poçtuna göndərdiyi məktubda ürək sözlərini yazıb: “Hörmətli “Futbol+” kollektivi. Sizi qəzetinizin 20 yaşı tamam olması münasibətilə təbrik edirəm. Yaxşı xatırlayıram, 1997-ci il oktyabrın 21-də “Futbol+”in ilk sayı işıq üzü görmüşdü. Geridə qalan 20 il ərzində bu qəzet geniş oxucu kütləsi qazanmağı bacarıb. Buna səbəb isə işçi kollektivinin yüksək peşəkarlıq nümunəsi göstərməsidi. Operativlik və obyektivlik əsas devizinizdi. Belə əlamətdar gündə “Futbol+” ailəsinin hər bir üzvünə ayrı-ayrılıqda möhkəm cansağlığı, şəxsi həyatda xoşbəxtlik və işdə uğurlar arzulayıram”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR