Sizin reklam burada

Tərlan Əhmədovdan örnək addım

Title
Tərlan Əhmədovdan örnək addım
Səlahət Ağayev fərdi məşqlərə başladı
“İnter” və “Səbail” üzərində qələbələrdən sonra turnir cədvəlindəki mövqeyini nisbətən yaxşılaşdıran “Neftçi” “Kəpəz”lə səfər matçına ciddi hazırlaşır. Tərlan Əhmədov Derlis Meza Kollinin cəza üzündən meydana çıxmayacağına üzülsə də, başqa futbolçuların kollektiv məşqlərdə iştirakı sevindirici haldı. Hətta uzun müddətə sıradan çıxdığı deyilən Səlahət Ağayev də artıq fərdi çalışmalara başlayıb. Yığma üzvünün noyabrda yaşıl meydanlara qayıdacağı gözlənilir.
Xatırlayırsızsa, Tərlan Əhmədov onun üçün təşkil olunan təqdimat mərasimində jurnalistlərin suallarını cavablayarkən yerli futbolçularla bağlı məsələyə toxunmuşdu. Onu narahat edən vaxtilə sərəncamında olan Elşən Abdullayev, Cavid İmamverdiyev, Araz Abdullayev kimilərin hazırda başqa komandaların uğurları üçün tər tökməsiydi. Əhmədov onu da vurğulamışdı ki, zamanla gənc futbolçuların əsas komandada forma geyməsi üçün əlindən gələni edəcək. Həmin vaxtdan sonra aşağı yaş qruplarından ibarət komandaların da çıxışını diqqətdə saxlayan təcrübəli mütəxəssis artıq yeni kəşflə yadda qalıb. Belə ki, “Neftçi”nin U-17 komandasının aparıcı üzvü Orxan Fərəcov əsas komandanın məşqlərinə qoşulub. Halbuki 16 yaşlı Orxanla başqa komandalar da maraqlanırmış və yaxın zamanda “Neftçi”ni tərk etməsi gündəmdə imiş. Tərlan bəy bu addımı atmaqla həm gənclərə şans verəcəyini göstərib, həm də Fərəcov kimi istedadlı futbolçunun əldən çıxmasının qarşısını alıb. Zamanla bir neçə gəncin də əsas komandaya qoşulacağı istisna olunmur. Yaxşı olardı ki, premyer-liqanın başqa təmsilçilərinin çalışdırıcıları da bu yolu seçsin.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.