Şahmat millimizin üzvü Teymur Rəcəbov sosial şəbəkədə ailəsiylə yeni fotosunu paylaşıb.
"Football-plus.az" saytının məlumatına görə, şəkildə onun ikinci həyat yoldaşı Anna Maksakova və qızı Nika yer alıb.
Qeyd edək ki, Teymur Rəcəbov 2022-ci ilin yanvarında Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi ilə evlənib. Onların avqustda qızı dünyaya gəlib. Beynəlxalq qrossmeyster 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Cütlüyün bu evlilikdən Məryəm adlı qızı var.