Sizin reklam burada

“Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm”

Baxış Sayı:2 612

“Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm”
24 yasli muəllimin “Futbol+” xatirəsi
Lap uşaq vaxtından futbola həvəsim olub. Əvvəllər basqa qəzetlərdən və saytlardan xəbərləri oxusam da, ürəyimcə olmurdu. Amma sonra “Futbol+”i “kəşf etdim”. “Futbol+”i ilk dəfə oxuyandan sonra özümü bu qəzetdə tapdım. Artiq neçə illərdi ki, bu qəzeti hər gun alıram, oxuyub saxlayıram. Artıq evdə də yer yoxdu. Bu qəzetin saylarını atmaga heç vaxt əlim gəlməz və qəzetimi elə sevirəm ki, kimsə məndən oxumağa alanda və yaxud da əzəndə əsəbləşirəm. Səliqəylə oxuyub, səliqə ilə də saxlayıram. Bu qəzeti almaq üçün çox əziyyət çəkmişəm. Mənə çox desələr də ki, bu qəzet nəyinə lazımdı, onlara fikir verməmişəm. Pul olmayan vaxtlarda da mütləq bir yerdən pul tapıb almışam. Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yasaya bilərəm. Yəni o qədər sevgim var.
Abseron rayonunun Masazır kəndində yaşayıram. Burda poçt yoxdu. Yayda hər gun Masazırdan Xırdalana piyada gedib qəzeti alır və qayıdıram. Gəncədə əsgərlikdə olanda çox çalşsam da, qəzeti əldə edə bilmirdim. Yanıma qardaşım, anam və ya qohumlardan gələndə bir ay əvvəldən hər gün deyirdim ki, qəzet yadınızdan çıxmasın. Nəvaxtsa şəhərə çıxa bilməyəndə, kiməsə qəzet almağı tapşıranda və həmin adam əliboş dönəndə artıq evdə müharibə başlayırdı.
Bu il müəllim adını qazanıb, Sabirabad rayonundakı Murad Huseynov adına Əsgərbəyli kənd tam orta məktəbində işə başladım. Hamı məktəblə maraqlandığı vaxt mən qəzetin dərdini çəkirdim ki, görəsən, orda oxuya biləcəyəm, ya yox? Sag olsun Mahir muellim, onunla əlaqə saxladım və düzələcəyini deyəndə çox sevnidim. Bəzi problemlər var idi ki, onları da Cəsur və Mahir müəllimlərin köməyi ilə düzəltdik. Artıq Sabirabadda qəzet oxuya bilirəm. Poçtalyon Aqil əmi hər gun qəzetimi hörmətli direktorum Aysel Vəlizadəyə çatdırır və o da mənə verir. Buna görə onlara da təşəkkür edirəm. Və ən əsası Vüqar müəllim və Mahir müəllim başda olmaqla butun “Futbol+” kollektivini 20 illik münasibətiylə təbrik edir, onlara işlərində uğurlar arzulayıram. Doğrudan da, jurnalistlər bizlər üçün çox əziyyət çəkirlər. İnşallah, Bakıya gələndə mütləq redaksiyaya da baş çəkəcəm. Çünki arzularımdan biri də budu ki, bütün işçiləri iş başında görüm ve xatirə şəkli çəkdirim. Sonda yenə də yubileyinizi təbrik edirəm, əziz “Futbol+” ailəsi. Gün o gün olsun ki, daha böyük yubileylərinizi keçirəsiz. Yasasın idmanı və futbolu bizlərə sevdirən 20 yaşlı “Futbol+”!
ELVİN ŞÜKÜROV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR