Sizin reklam burada

“Traktorsazi” liderə uduzmadı

Müəllif: football Tarix: 15-10-2017, 14:02 584 Baxış
“Traktorsazi” liderə uduzmadı
İran çempionatında 9-cu turun oyunları keçirilib. “Göstəriş Fulad” səfərdə “Peykan”la bacarmayıb – 0:1. Seyid Mehran Musəvi 75-ci dəqiqədə görüşdəki yeganə qolun müəllifi olub. “Traktorsazi” isə “Səhənd” stadionunda turnir cədvəlinin sürpriz lideri “Pars Cunubi” ilə heç-heçə edib – 1:1. Hesabı qonaqlar açıb. Daha doğrusu, 56-cı dəqiqədə Arif Ağası Kolasurxi avtoqol müəllifi olub. Ancaq rəqibin sevinci cəmi 3 dəqiqə çəkib. Məhəmməd İranpuryan “status-kvo”nu bərpa etməklə yanaşı, yekun nəticəni müəyyənləşdirib.
“Qurdlar” 11 xalla əvvəlki kimi 8-ci pillədə qərarlaşıb. “Poladçılar” isə 7 xalla sonuncu – 16-cı yerdədi. Növbəti turda “Traktorsazi” səfərdə “Peykan”la münasibətləri aydınlaşdıracaqsa, “Göstəriş Fulad” Təbrizdə İranın ən titullu komandalarından “Sepahan”ı sınağa çəkəcək. Hər iki oyun oktyabrın 19-da keçiriləcək.
SƏRXAN
SON XƏBƏRLƏR