Builki “Australian Open” ətrafında başqa maraqlı xəbərlər də var.
Amerikalı Vinus Uiluams Oklend (Yeni Zelandiya) turnirində aldığı zədəyə görə bu turnirə qatılmayacaq. Onu “wild-card” əldə edən yerli tennisçi Kimberli Birrell əvəz edəcək. 42 yaşlı Uilyamsın “Uimbldon”un beşqat, “US Open”in ikiqat qalibi olduğunu, Olimpiya Oyunlarında 4 dəfə qalib gəldiyini də xatırladaq.