Sizin reklam burada

Yubileyə maliyyə problemləri ilə

Baxış Sayı:2 362

Yubileyə maliyyə problemləri ilə
“Dəmirbank” ölkə başçısının qərarını saymır
“Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə minəndən bəri KİVDF-nin “Futbol+”in “Dəmirbank”dakı bank hesabına köçürdüyü pulu götürmək, bununla da həm kollektiv üzvlərinin maaş-qonorarını ödəmək, həm də başqa xərcləri qarşılamaq bizim üçün hədsiz müşkül işə çevrilib. Ekspertlər bankın bu addımının tam qanunsuz olduğunu vurğulasa da, “Dəmirbank” rəhbərliyi absurd iddia irəli sürərək “KİVDF ilə 6 aylıq müqavilə bağlamısınız, siz hər ay üçün müqavilə gətirməlisiz” deyirlər. Yeri gəlmişkən, xatırladaq ki, KİVDF 6 ay üçün “Futbol+”ə 30 min manat ayırıb. Yəni hər ay “Futbol+”in hesabına 5 min manat köçürülür. Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənovun açıqlaması: “Müqaviləniz olduğu halda bunun bir, yaxud altı aylıq olmasının banka nə dəxli var? Bu heç bir qanunla tənzimlənmir. Bu məsələnin “Nağdsız hesablaşmalar haqqında” qanuna da aidiyyatı yoxdur. Hər kəsin bank hesabından istədiyi qədər pul götürmək ixtiyarı var. Ancaq “Nağdsız hesablaşmalar haqqında” qanuna görə 15 mindən artıq ödəniş edə bilməzsiz”.
Təəssüf ki, kor tutduğunu buraxmadığı kimi, “Dəmirbank”ın bu işə məsul olan əməkdaşları da mövqeyindən dönmək istəmirlər. Daha dəqiq desək, “Dəmirbank” rəhbərliyi Prezidentin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayırdığı vəsaiti qəzetimizə verməkdən imtina edir. Halbuki bu yardımın mahiyyəti qəzetlərin inkişafına dəstək və onları maliyyə sıxıntısından qurtarmaqdı. Ancaq “Dəmirbank”ın rəhbərliyi öz qərarlarını Prezidentin sərəncamından üstün tutaraq, redaksiyamızı ciddi maliyyə sıxıntısına məruz qoyur... KİVDF tərəfindən ayrılan vəsaiti “Dəmirbank”dan çıxarmaq mümkün olmadığından, “Futbol+” olaraq, Fonda müraciət etməyə məcburuq. KİVDF rəhbərliyindən xahiş edirik ki, “Dəmirbank” bu qanunsuz əməllərinə son qoyana və ya “Futbol+” daha etibarlı bank tapana qədər qəzetimizə ayrılan vəsaitin bank hesabımıza köçürülməsini dondursunlar. Pulu “Dəmirbank”dan çıxara bilmiriksə, ən yaxşısı odu ki, KİVDF-nin hesabında qalsın. Çünki əmanətin saxlanılması üçün KİVDF daha etibarlı qurumdu…

Oxşar xəbərlər
SON XƏBƏRLƏR